Ən etibarlı və etibarsız avtomobillər - REYTİNQ

Almaniyada TÜV, Dekra və GTÜ ekspertləri etibarlılığa görə avtomobillərin reytinqini açıqlayıblar. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, almanlar 8,5 milyona yaxın test keçiriblər, bu testlərdə 226 müxtəlif istifadə edilmiş avtomobil qiymətləndirilib. Ən etibarlı isə alman və yapon istehsalı olan avtomobillər, ən etibarsız isə fransız avtomobilləri oldu. Almanlar fransız avtomobillərini ən etibarsız avtomobil adlandırdılar. Ekspert dəyərləndirməsinin ümumiləşdirilmiş nəticələrinə görə alman mütəxəssislərinin müəyyən etdiyi reytinqin ilk beşliyində iki “Mercedes”: üçüncü nəsil SLK kabrioleti və yüksəkkeçimli GLK, üçüncü yerdə “Audi A1”, sonra isə “Mazda 2” və “Toyota Prius” durur.
Qırılmalara ən çox məruz qalan isə fransız avtomobil istehsalatının avtomobilləri hesab edilib. Ən böyük çatışmazlıqlar isə Renault Logan, Sandero, Megane və Laguna avtomobillərində qeydə alınıb. Bundan başqa almanlar Citroën C5 və gözlənilmədən BMW 5 Series (2003 ildən 2007-ci ilə qədər buraxılan E60 versiyası) haqqında da qənaətbəxş fikirdə olmayıblar.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










