Ən güclü 10 tank - FOTO

Avtobazar 2 Mart 2015 12:50 Oxunub 5130
Ən güclü 10 tank - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tanklar qorunma qabiliyyətinə, atəş qüdrətinə görə seçilib

Avtosfer.az xəbər verir ki, hərb sənətində zirehli texnikanın, o cümlədən tankların rolu danılmazdır və döyüş meydanındakı funksiyasını daim qoruyub saxlayır. Müasir dövrdə vəziyyət müəyyən qədər dəyişib və inkişaf etmiş dövlətlərin çoxu döyüş meydanında qələbə qazanmaq üçün daha çox aviasiya texnikalarına üstünlük verir. Lakin bir çox ölkələrin hərbi arsenalında tanklar mühüm yer tutur. 

anspress-in məlumatına görə, "military today" saytının tərtib etdiyi siyahıda təqdim olunan tanklar qorunma qabiliyyətinə, atəş qüdrətinə, sərrastlığına və hərəkətliliyinə görə sıralanıb. Maraqlıdır ki, bu siyahıda təqdim olunan tanklar indiyədək döyüş meydanında üz-üzə gəlməyib. Buna səbəb onların əksəriyyətinin Qərb müttəfiqlərinə məxsus olmasıdır.

 

1. Leopard 2A7 (Almaniya)

 

Leopard 2 dizaynının son variantı olaraq bu tank əlavə zireh və yenilənmiş texnologiya ilə yüklənib. Leopard 2A7 tankı konvensional və urban döyüş təhlükələrinə, ələlxüsus qumbaraatanlara və improvizə olunmuş partlayıcı qurğulara qarşı yaxşı qorunur. Qüdrətli topu və atəşə nəzarət sistemi sayəsində tank son dərəcə sərrastdır və uzaq məsafələrdəki hədəfləri asanlıqla vura bilir. Ağırlığına baxmayaraq yüksək sürətə malikdir. Almaniya ordusu 2014-cü ildə 20 belə tank sifariş verib.

 

2. K2 Qara Bəbir (Cənubi Koreya)

 

Hazırda K2 Qarab Bəbir dünyanın ən inkişaf etmiş tankı sayılır. Bu tankn imkanları asanlıqla Çin yaxud Şimali Koreyanın döyüş meydanına çıxara biləcəkləri istənilən texnikanı geridə qoyur. Bunda əlavə, bu ən bahalı tankdır. Tankda istifadə olunan möhkəm zirehin tərkibi naməlum qalır. K2 tankının qorunma və əks-hücum mexanizmi mükəmməldir. Bir növ M1A2 markalı ABŞ tankına bənzəyir, amma çəkisi qat-qat yüngüldür. Tank özü avtomatik şəkildə insan müdaxiləsi olmadan hədəfi müəyyən edə və vura bilir. Hədəflər sırasına təkcə maşınlar yox, habelə helikopterlər daxildir.

 

3. M1A2 SEP (ABŞ)

 

M1A2 SEP markalı tank M1A2 Abrams tankının varisidir. Ağlasığmaz texnologiya və zirehə malikdir. Bir çox başqalarından fərqli olaraq bu Amerika tankı həqiqi müharibələrdə sınaqdan çıxıb. Əksər anti-tank silahları tanka təsir etmir. Belə ki, onun mükəmməl zirehi istifadəsi tükədilmiş uran plitələrindən hazırlanıb. Topu və başqa silahları yüksək sərrastlıqla atəş atır. Çoxlu mexanik qayğıya və yanacağa ehtiyacı var. Bu günədək döyüş meydanında sıradan çıxarılan Abrams tanklarının sayı cüzidir. ABŞ Ordusunda 900-dək belə tank var. Onların 2050-ci ilədək istifadədə qalacağı planlaşdırılır. İxrac edilmir.

 

4. Challenger (Böyük Britaniya)

 

Bu, çox qüdrətli tankdır. Challenger 2 tankı Chobham zirehi ilə təchiz olunub və dünyanın ən mükəmməl qorunan texnikalarından sayılır. Onun ekipajı yüngül çaplı silahlar tam təhlükəsizdirlər. 120 mm topuyüksək sərrastlıqla 5 kilometrədək hədəfi vurur. Dünyada uzaq məsafədən tank-tank vurmasına görə rekord Challenger 2-yə məxsusdur. Mühərriki və sürəti başqa Qərb modelləri ilə müqayisədə nisbətən zəifdir. Amma mexaniki sazlığına söz ola bilməz. Hazırda Britaniya ordusunda 386, Oman ordusunda 38 belə tank var.

 

5. Merkava Mk4 (İsrail)

Bu tank Merkava 3 modelinin ən yeni formasıdır. Bu, dünyanın ən yaxşı qorunan tanklarından sayılır. Mühərrikin tankın qabağında yerləşməsi ekipajın hücum zamanı sağ qalması şanslarını xeyli artırır. Merkava tanklarında əlavə piyada qüvvə daşımaq üçün yer var. Sursatı boşaldılmış kabinədə 10-adək əsgər daşına bilər. Merkava 4 tankı yeni atəş nəzarət sistemi ilə təchiz olunub və burada son texnoloji cizgilər yer alır. Konvensional silahlardan istifadə edərək Merkava aşağı yüksəklikdə uçan helikopterləri yüksək sərrastlıqla vura bilir. Ağır çəkisinə görə Merkavanın mobilliyi ortababdır, hərçənd ki, ən qüdrətli mühərrikə malikdir. Merkava tankı yalnız İsrail ordusunun (360) istifadəsindədir və xaricə ixrac edilmir.

 

6. TK-X (Yaponiya)

TK-X 10 yapon hərbi ixtirasının son məhsuludur. İstifadəyə 2012-ci ildə daxil olub. TK-X 10 dünyanın ən müasir tanklarından biridir. Onun yüngül çəkisi qorunma imkanlarını nisbətən məhdudlaşdırır, amma məhz buna görə tank yüksək sürətə malikdir. 120 mm-lik topu Almaniya və ABŞ tanklarındakına oxşardır və kompüterləşdirilmiş atəş nəzarət sistemi ilə təchiz olunub. İkinci Dünya Müharibəsindən sonra pasifist müdafiə mövqeyi tutmuş müasir Yaponiyanın qanunları hərbi ləvazimatın ixracını qadağan edir.

 

7. Leclerc (Fransa)

Fransa tankı 1992-ci ildən istifadədədir. Leclercin bir sıra cizgiləri başqa Qərb tanklarından kopiyalanıb. Leclerc inkişaf etdirilmiş zirehə və əlavə olunmuş zirehli plitələrə malikdir. Ekipajı üç nəfərdən ibarətdir və avto-doldurma mexanizmi var. Tank istər dayanmış, istərsə də hərəkət edən hədəfləri yüksəl dəqiqliklə vura bilir. Mühərriki 1500 at gücü ilə işləyir. Hazırda Fransa (406) və Birləşmiş Ərəb Əmirlikləri (388) orduları bu tankdan istifadə edir.

 

8. T-90 (Rusiya)

Texniki imkanlar baxımdan T-90 tankı bütün Qərb modellərindən geridə qalır. Amma ucuz olduğuna və ixracına məhdudiyyət qoyulmadığına görə qlobal bazarlarda ən çox satılan tankdır. Tankın həcmi kiçikdir, və bu, onun döyüş meydanındakı profilini kiçildir və vurmağı çətinləşdirir. T-90 tankının sursatı kabinədə yerləşir ki, bu da atəş zamanı sursatın partlamasına və ekipajın məhv olmasına gətirib çıxara bilər. Qərb tanklarında sursat üçün ayrıca kabinə ayrılır ki, atəş zamanı ekipaj partlayışın effektindən qorunsun. T-90 sərrast deyil – amma konvensional döyüşdə anti-tank funksiyası yerinə yetirə bilər. T-90 tankı hazırda Rusiya (700), Əlcəzair (305), Azərbaycan (20), Hindistan (620) və Türkmənistanda (40) istifadədədir.

 

9. Oplot-M (Ukrayna)

 

Sovet İttifaqının dağılmasından sorna Ukrayna T-80 tankını modernləşdirmək qərarına gəldi. Oplot-M bu yenilənmənin məhsuludur. Oplot-M-də yeni növ reaktiv zirehdən istifadə olunur. T-90-da olduğu kimi bu tankda da sursat əsas kabinədə yerləşir. Ukrayna tankı Qərb modelləri kimi sərrast deyil, amma tankları effektiv vura bilər. Əksər cizgiləri T-90 tankına oxşardır.

 

10.Tip 99 (Çin)

Çin tankı özündə rus və Qərb texnologiyalarının qarışığını əks etdirir. Rus tankları kimi sərrast deyil, amma düşmən tanklarına qarşı effektiv ola bilər. Avtomatik yükənmə sistemi ruslardan kopiyalanıb. Aktiv lazer qorunma mexanizminə malikdir. Tip-99-un güclü mühərriki və yaxşı sürəti var. Hazırda Çin arsenalında 200 belə tank var.

 

Xatırladaq ki, müasir eranın sonuncu ən iri tank döyüşü Birinci Körfəz müharibəsi zamanı ABŞ və İraq arasında olub. “73 Easting Döyüşü” haqqında sənədli film ABŞ tanklarının əzici üstünlüyünü nümayiş etdirir.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Charleslot 16 May 2020 01:55
[b][url=https://novostroyka63.ru/]Цена под фундамент[/url][/b] Создание дома вашей мечты - это оригинальная возможность, спланировать и претворить в жизнь нечто воистину уникальное во всех отношениях. Возведение фундамента - это в целом первоначальная модель ремонта, в процессе которой домик строится. При расчете замена фундамента под старым деревянным домом цена предусматривается весьма много факторов. Средняясумма возведения домов фундамента составляет приблизительно от 10$ за кв.метр . Погреб сможет умножить итоговую стоимость каждого объекта недвижимости, предоставляя необходимое помещение ради организации хранения и порой рабочее пространство. Наша профессиональная команда по конструированию и возведенью фундамент под памятник на кладбище цена может помочь выстроить жилище, о котором вы всегда мечтали. От начала до конца наша специализированная компания в Череповец позаботимся о всех без исключения процессах, чтобы заказчику не довелось тревожиться о деталях. Специализированная международная компания в Киселевск несет юридическую ответственность за проект, а не вы, именно поэтому организация в Борисоглебск имеют интерес в том, затем чтобы довести до конца строительство коттеджа быстрее и эффективнее. Узнайте о сваи винтовые для фундамента цены в вытегре у спспециалистовециалистов корпорации.