“Fiat” Əlcəzairdə müəsisəni açır: Yeni “Doblo” bu ölkədə istehsal olunacaq

Bir neçə həftə əvvəl adını “TOFAŞ”la etdiyi iş birliyi ilə yayan Stellanits, Əlcəzairdə avtomobil istehsal etmək üçün 212 milyon dollarlıq investisiya qoyur.
Avtosfer.az xəbər verir ki, “Fiat”ın CEO-su Oliver Francois markayla bağlı açıqlama verib: “Fiat 500 Hibrid” bu təsisdə istehsal olunacaq ilk “Fiat” modeli olacaq. “Fiat 500 Hibrid”in ardıyca bir neçə il ərzində burada “Doblo”nu istehsal edəcəyik. Hal-hazırda dizaynerlərimizin üzərində işlədiyi yeni model isə bu təsisdə istehsal olunacaq.”
Həmçinin o, “Fiat” Oran kəndində inşa ediləcək təsisin avqust ayına qədər istehsal ediləcəyini və “Fiat 500 Hibrid”in istehsalının ilin sonunda başlayacağını qeyd edib. Əlcəzairdə inşa ediləcək müəsisə 2026-cı ilə qədər təxmini 2000 nəfəri işlə təmin edəcək və 90 000 avtomobil tutumuna malik olacaq.
Məlumdur ki, Əlcəzairdəki korrupsiya və basqılar səbəbiylə “Volkswagen”, “Hyundai”, “Kia” kimi istehsalçılar ölkədə yerləşən təsislərini 2019-2020-ci illərdə bağladılar. Automotive News Europe-də yer alan xəbərə görə Əlcəzair höküməti avtomobil sektoru ilə təkrar güclü əlaqələr qurmaq niyyətindədir. Bu baxımdan “Fiat”ın 2026-cı ilə qədər ildə 90 000 avtomobil istehsal etmə tutumuna sahib olan müəsisə açması Əlcəzair üçün uğurlu addımdır.
Qeyd edək ki, “Fiat 500 Hibrid”, “Fiat Doblo” və hal-hazırda dizayn mərhələsində olan model bu ölkədə istehsal olunacaq.
Nərmin Əkbər
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur




















