Banner

“Forsaj 7”-dən 143 milyonluq rekord - VİDEO

Avtobazar 7 Aprel 2015 01:20 Oxunub 3019
“Forsaj 7”-dən 143 milyonluq rekord - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə “Forsaj” franşizası yaradıcılarına 2,76 milyard dollar gəlir gətirib

“Forsaj 7” film ABŞ-da kino tarixində rekorda imza atıb. Azvision.az-ın “BBC”yə istinadən verdiyi xəbərə görə, film ekranlara çıxdığı ilk “Weekend” (3-5 aprel) ərzində 143,6 milyon dollar gəlir əldə edib. Bu nəticə ilə, “Forsaj 7” “Alatoran, Saqa, Yeni ay” (142 milyon dollar, 2009-cu ildə) filmini geridə qoyaraq dünya kino tarixində ilk həftəsindən ən çox gəlir gətirən filmlər siyahısında ilk onluğa daxil olub. Bu göstərici “Forsaj” film-seriyaları ərzində də ən yaxşı nəticədir. Belə ki, bundan əvvəlki “Forsaj” üç günə 97 milyon dollar gəlir götürmüşdü. Ümumilikdə “Forsaj” franşizası yaradıcılarına 2,76 milyard dollar gəlir gətirib. Bundan əlavə “Forsaj” filmi ABŞ kinoteatrlarında aprel ayında ilk həftəsində ən çox gəlir qazanan film olub. Bun qədər isə bu titul 95 milyonluq göstərici ilə “İlk qisasçı: Qış əsgəri” filminə məxsus idi.

Qeyd edək ki, “Forsaj 7” filmi Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində bu həftədən – aprelin 9-dan etibarən ekranlara çıxacaq.

Filmin ən həyəcanlı səhnələrdən birində filmin qəhrəmanları – aktyorlar Vin Dizel, artıq dünyasını dəyişmiş Pol Uoker, Dueyn Conson və Ceyson Stethemin oynadıqları personajların Azərbaycana gəldiyi məlum olacaq. Filmin təxminən ortalarında baş verəcək hadisələr zamanı Vin Dizel və onun “ailəsi” paraşütlərin bərkidildiyi avtomobillərlə havada olan təyyarədən yerə- Azərbaycana atılacaqlar.

Bundan sonra filmin qəhrəmanları Azərbaycan yollarında zirehli avtobusda qaçmağa çalışan cinayətkarları izləyir və onlar arasında amansız mübarizə başlayır. Filmdə bu hadisələrin Azərbaycan dağlarında, yollarında cərəyan etdiyi göstərilir.

Filmin çəkilişlər ABŞ-ın Corciya, Kolorado ştatları, Dubay və Tokioda aparılıb. Azərbaycanda baş verəcək hadisələr Kolorado ştatında çəkilib. Filmin büdcəsinin 250 milyon dollar olduğu bildirilir.

Rejissor Ceyms Vanın çəkdiyi filmdə Vin Dizel, artıq dünyasını dəyişmiş Pol Uoker, Dueyn Conson və Ceysom Stetem oynayırlar. 7-ci film eyni zamanda iki hissənin davamıdır: `Forsaj 6` və `Forsaj 3: Tokio drifti`. Belə ki, 3-cü hissədə öldürülən məşhur qanqsterin qardaşı Dekkard Şou (Ceyson Stetem) Dominik Toretonun dəstəsindən qisas almağa çalışır.

 Film əslində ötən ilin iyulunda ekranlara çıxmalı idi, amma Pol Uokerin qəfil ölümü ssenarini təzədən işləməyə vadar etdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh