Futbolçunun bahalı «Jeep»ini Suriyaya qaçırmaq istədilər

«Beşiktaş»ın sabiq kapitanı İbrahim Üzülmezin oğurlanan 150 min dollarlıq maşını tapılıb. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi xəbərə görə, İstanbuldakı evindən oğurlanan avtomobil Hatayın Reyhanlı bölgəsində tapılıb. Bahalı avtomobildə biri Suriya vətəndaşı olmaqla 5 nəfər saxlanılıb.
Qeyd edək ki, İbrahim Üzülməz həmin avtomobili 2009-cü ildə Türkiyə çempionu olandan sonra almışdı. Futbolçunun "o çempionluğun yadigarıydı, övladım kimi idi" dediyi 34 UZM 78 nömrəli avtomobil 06 SCP 34 saxta nömrə ilə tapılıb.
Avtomobil GPRS sistemi ilə izlənilərək tapılıb. Suriyaya qaçırılacağı təxmin edilən avtomobilin axtarışlarına cəlb olunmuş təhlükəsizlik qurumları yolda barrikada quraraq maşını saxlaya biliblər.
Avtomobil İstanbula göndərilib. Avtomobildə saxlanılan şəxslər isə polis tərəfindən sorğuya alınıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










