GAC-nin yeni Showroom və Servis Mərkəzi təqdim olundu - FOTOLAR

Avqustun 22-də "AUTO Azərbaycan" şirkəti dünyanın aparıcı avtomobil markalarından biri olan GAC-nin yeni Showroom və Servis Mərkəzinin açılışını böyük təntənə ilə qeyd etdi. Tədbirə avtomobil sektorunun peşəkarları, media nümayəndələri və tanınmış qonaqlar qatıldı.

Açılışda "AUTO Azərbaycan" şirkətinin rəhbəri Emil İsmayılov çıxış edərək, GAC brendinin Azərbaycanda təqdim etdiyi modelləri və gələcək planlarını izah etdi. O, həmçinin GAC avtomobillərinin texniki xidmətlərinin və ehtiyat hissələrinin satışının "AUTO Azərbaycan" tərəfindən həyata keçirildiyini bildirdi.
Daha sonra GAC-nin Mərkəzi Asiya ölkələri üzrə meneceri Ms. Duana da mərasimdə çıxış edərək, GAC markasının regionda artan nüfuzundan və gələcək planlarından bəhs etdi. Onun çıxışından sonra media nümayəndələri marka haqqında suallarını ünvanlamaq imkanı əldə etdilər.

Lent kəsimindən sonra qonaqlar GAC markası və onun fəaliyyəti barədə geniş məlumatla tanış oldular. "AUTO Azərbaycan" şirkətinin nümayəndəsi Emil Məmmədov GAC markasının ölkəmizdəki fəaliyyətindən bəhs etdi. Həmçinin, GAC modellərinin Toyota mühəndislərinin iştirakı ilə yaradılan GPMA platformasında hazırlandığı qeyd olundu.

Auto Azərbaycan şirkətinin AION elektrik avtomobillərinin Azərbaycandakı rəsmi və eksklüziv distribütoru olduğu da tədbirdə xüsusilə vurğulandı.
Mərasimin davamında, qonaqlara GAC avtomobilləri barədə ətraflı məlumat verildi və Test Drive üçün qeydiyyat prosesi başlandı. Qonaqlar, həmçinin GAC Servis Mərkəzi ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Gecənin sonunda isə bütün iştirakçılara canlı Test Drive imkanı təqdim olundu.

Tədbirin yekununda "AUTO Azərbaycan" və GAC adından bütün media nümayəndələrinə xüsusi hədiyyələr təqdim olundu.
GAC haqqında ətraflı məlumat üçün rəsmi veb-saytı ziyarət edə bilərsiniz:
www.gacmotor.az
Telefon: +994 (050) 400 09 89
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur





























