Gürcüstan adı altında Rusiyaya qanunsuz avtomobil daşınır

Litva Dəmir Yollarının törəmə müəssisəsi olan LTG Cargo araşdırma üçün ölkə prokurorluğuna müraciət edib.
Avtosfer.az xəbər verir ki, şirkət Rusiyaya tətbiq edilmiş avtomobil ixracı embarqosunun pozulub-pozulmamasını yoxlamağı xahiş edir.
Şirkətin bir müddət əvvəl apardığı daxili təhqiqat zamanı ölkədən daşınan lüks avtomobillərin Rusiyaya aparıldığı üzə çıxıb. Söhbət dəyəri 50 min dolları keçən Mercedes, Porsche, Audi kimi lüks modellərdən gedir. 9 müştəri üçün daşınan 500 avtomobildən azı 130-nun Rusiyada qeydiyyata düşdüyü üzə çıxıb.
Mexanizm kifayət qədər sadədir: Avropadan alınan avtomobil Gürcüstan, Qazaxıstan və ya Türkmənistana aparılmaq üçün sənədləşdirilir. Maşınlardan biri və ya ikisi Rusiya ərazisində daşındığı qoşqudan düşürülür və yük avtomobili yoluna davam edir. Qalan avtomobillər təyinat nöqtəsinə çatdırılır və sürücü geri qayıdır. Pasport yoxlaması ilə heç bir uyğunsuzluq aşkar edilmir. Bu yolla sanksiyalardan yayınmaq mümkün olur.
Sosial şəbəkələr və digər üsullarla yoxlama isə real vəziyyəti üzə çıxarır.
Sənəddə Rusiyaya sanksiyadan yayınmağa kömək edən ölkələr arasında Azərbaycanın adı yer almır.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










