Hərraca çıxarılan buldozer bu qiymətə satıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda nəqliyyat vasitələrinə və texnikaya (buldozer) ümumilikdə 38 sifariş qəbul edilib, hərracda 13 nəqliyyat vasitəsi və texnika (buldozer) satılıb.
Avtosfer.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, “Buldozer T-130” markalı texnikaya maraq daha çox olub. Belə ki, buldozerin ilkin satış qiyməti 2.000 manat olsa da, ən son təklif 4 800 manata yüksəlib. Bundan başqa, 700 manat ilkin satış qiyməti ilə təklif edilən “QAZ 66-11” markalı nəqliyyat vasitəsi 2 500 manata satılıb.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/34SEsp linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar mayın 23-də və 30-da keçiriləcək.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










