Hibrid avtomobillərin və elektomobillərin idxalı ARTIR

Azərbaycana idxal edilən hibrid və yalnız elektrik mühərriki ilə işləyən (elektromobil) avtomobillərin sayı və ümumi avtomobil idxalında payı sürətlə artır.
Avtosfer.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyul aylarını əhatə edən 7 ay ərzində 11 276 ədəd hibrid, 1 792 ədəd elektromobil idxal edilib. Yeddi ayda ümumi avtomobil idxalının 51 179 ədəd olduğunu nəzərə alsaq, məlum olur ki, gətirilən hər dörd avtomobildən biri (25,5 faiz) hibrid və elektromobil olub.
Adıçəkilən 2 avtomobil növünün ümumi avtomobil idxalında payı 2023-cü ilin ilk yeddi ayında 17,5 faiz, 2022-ci ilin yeddi ayında 17,5 faiz, 2021-ci ilin ilk yeddi ayında isə 12,5 faiz idi.
Son dörd il ərzində hibridlərə və elektromobillərə tələbin artması onların idxal xərcinin, eyni zamanda bu avtomobillərdən istifadə zamanı cari xərclərin az olması ilə bağlıdır.
Gələcəkdə bu növ avtomobillərin, xüsusən də hibrid avtomobillərin payının tezliklə 50 faiz həddinə çatacağını proqnozlaşdırmaq olar.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










