"İdeal Motors" müştəriyə qüsurlu avtomobil satdı

Azərbaycanda avtomobil satışı şirkətləri tərəfindən müştərilərin hüquqlarının pozulması davm edir.
Avtosfer.az xəbər verir ki, ölkəmizdə «Chevrolet», «Baic» və «Jak» avtomobillərinin satışını həyata keçirən “İdeal Motors” MMC şirkəti müştəriyə istehsal qısuru olan avtomobil satıb, onun təmirini ləngidib, müştəri avtomobili qaytarmaq istədikdə isə bundan imtina edib və bununla da ölkə qanunvericiliyini pozub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən fed.az-a verilən məlumata görə, 2023-cü ilin əvvəlində “İdeal Motors”ın müştəriyə satdığı avtomobildə istehsal qüsuru aşkar edilib. Avtomobilin təmiri qərara alınsa da, təmir üçün sifariş edilmiş ehtiyat hissələrinin çatdırılmaması səbəbindən uzun müddət təmir həyata keçirilməyib. Müştəri bununla bağlı malın qaytarılmasını tələb etdikdə isə, tələbi yerinə yetirməyib.
Dövlət xidməti bu hərəkətə görə, aprel ayında “İdeal Motors”u İnzibati Xətalar Məcəlləsinin 444.2 maddəəsi ilə cərimələyib (600-900 manat) və ona qüsurlu malı geri qaytarmaq barədə göstəriş verib.
“İdeal Motors” MMC bu göstərişi yerinə yetirməyib və nəticədə Xidmət yenidən işə qarışmalı olub. Bu dəfə “İdeal Motors” artıq Xidmətin yazılı tələbini yerinə yetirmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 544.2 bəndi ilə 4-5 min manat məbləğində cərimə edilib.
Xatırldaq ki, «İdeal Motors» MMC 28.11.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hazırda “İdeal Motors” MMC “Performance Center” şirkətinin rəsmi dileridir. Bu şirkət əsasən “Chevrolet”, “Baic” və “Jak” avtomobillərinin satışını həyata keçirir.
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO










