İki həftə əvvəl lüks avtomobillərini SATIŞA ÇIXARIBLAR - FOTO

22 milyon lirəlik mülkü müsadirə edilən sosial media fenomeni Dilan Polat və ərinin iki həftə əvvəl lüks avtomobillərini satışa çıxardıqları məlum olub.
"E-ticarət" platformasındakı avtomobil elanlarından biri alıcıların diqqətini çəkib. Belə ki, lüks maşının dövlət qediyyat nişanında "EP" Dilanın ərinin adının baş hərfləri qeyd edilib. Daha sonra isə maşının onlara aid olduğu məlum olub.
Cütlük 2020-ci il istehsallı "Range Rover" markalı avtomobili 8 milyon lirəyə (təxminən 482 000 AZN) satışa çıxarıbmış.
Xatırladaq ki, Dilanla Enginin 15 şirkətinə basqın edilib. Onlara aid mobil telefonlara və elektornik avandlıqlara əl qoyulub. Dilan və həyat yoldaşı Enginin çirkli pulların yuyulması və vergidən yayınma iddiaları ilə əmlaklarının müsadirə edilməsinə qərar verilib.
Bundan başqa, onun birinci və ikinci dərəcəli qohumlarının da əmlakı müsadirə edilib. Xaricə çıxışı da qadağan edilən cütlüklə bağlı Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) hesabatı da üzə çıxıb. Hesabatda şirkətlər arasında şübhəli münasibətlərin olduğu və neylon hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışdıqları da qeyd olunub. (BAKU.WS)
![]()
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











