İki minədək avtomobil satış mərkəzi bağlana bilər

Vaxtilə Rusiya dünyanın avtomobil istehsalçıları üçün əlverişli məkan idi. Bütün aparıcı markalar bu bazarda təmsil olunurdu. Əlverişli kredit şərtləri də ruslara istər yerli, istərsə də xarici avtomobilləri almağa imkan verirdi. Bir sözlə, Rusiya avtomobilin əlçatan olduğu ölkələrdən idi.
Avtosfer.az-ın xəbərinə görə, Ukrayna müharibəsi ilə hər şey dəyişdi. Qərb markaları ölkəni tərk etdiyi üçün avtosalonların, xüsusən də dilerlərin işi çətinləşdi. əksəravtosalonlarda artıq Avropa maşınları satılıb qurtarıb. Belə bir vəziyyətdə avtosalon sahibləri üçün 2 çıxış yolu var:
1 – Başqa fəaliyyət növü ilə məşğul olmaq,
2 – Çin avtomobillərinin satışına başlamaq.
Rusiyada təchizatla bağlı (hələ ki!) Koreya avtomobillərinin dilerləri çətinlik çəkmirlər. Lakin bu ölkənin avtomobilləri də kəskin bahalaşıb.
Çin modellərinə gəlincə, bu maşınlar bazarı doldursalar da, rus alıcının ürəyini fəth edə bilməyiblər. Forumlardan görünür ki, rusiyalılar həm Çindən idxal edilmiş, həm də Çinin Rusiyada istehsal etdiyi avtomobillərin komfortundan və keyfiyyətindən razı deyillər.
Rus mənbələrinin məlumatına görə, ölkədə 2 minədək avtomobil satış mərkəzi bağlanma riski ilə üz-üzədir.
Vüqar
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir










