Jetour X70: unikal görünüşlə gələcəyə səyahət - VİDEO

JETOUR – artıq çoxlarına bu ad tanışdır. Avtomobil istehsalı sahəsində 23 ildən çox təcrübəyə malik olan tanınmış şirkət “Chery Holding” tərəfindən dizayn və istehsal edilən avtomobil brendi ölkəmizdə yeni olsa da artıq Azərbaycan yollarını fəth etməyə davam edir. “Gələcəyə səyahət” şüarı ilə yola çıxan Jetour bir-birindən fərqli modelləri ilə avtomobil həvəskarlarının istifadəsindədir.
Avtosfer.az komandası olaraq Babək pr.22/69 ünvanında yerləşən Jetour salonuna baş çəkdik. Ekspert Elməddin Muradlı ilə birlikdə bir-birindən gözəl, göz oxşayan modellərlə tanış olduq. Bu gün onlardan biri - Jetour X70 modeli haqqında danışmaq istərdik.
Avtomobilin geniş 7 oturacaqlı salonu bütün səyahət ehtiyaclarınız üçün düşünülmüşdür. Güclü 1.5 turbo benzin mühərriki və 8 pilləli avtomatik transmissiyaya malik avtomobil unikal görünüşü sayəsində seçilir.
JETOUR X70- in salonu ayrıca bir aləmdir. Həm 12,3 düymlük LED alət paneli, elektron kondisioner və qızdırılan ön oturacaqlar, 360° panoramik kameraa bir sözlə rahat və müasir avtomobildə olan bütün xüsusiyyətlər mövcuddur.
Bir vacib məqam isə modelin yalnız 92 Aİ markalı benzinlə işləməsidir ki, bu da onu qənaətcil edir.
Hazırda Jetour X70 2 il və 150 000 km rəsmi zəmanət ilə 2000 manat endirimlə 37 800 AZN-ə təklif olunur. Öz sinfinə görə qiyməti də çox münasibdir.
Bir sözlə Jetour X70 sadəcə avtomobil deyil, o, bütöv bir rahatlıq və həzz aləmidir.
Daha ətraflı məlumat üçün 050 275 00 78 və ya 012 526 00 78 nömrəsi ilə əlaqə saxlaya və ya Babək pr.22/69 ünvanında yerləşən salona yaxınlaşa bilərsiniz.
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO








