Kilsədən oğurluq etdilər: maşın partladı – ŞOK VİDEO

Bu günlərdə sosial şəbəkələrdə yayılan videoçarx getdikcə daha çox populyarlıq qazanır. Kadrlarda Sankt-Peterburq yaxınlığında kilsəyə hücum edən oğruların təqib edildiyi izah olunur. İnsident bu günlərdə baş verib, görüntülər isə polislərin video-qeydiyyatçısı ilə çəkilib. Asayiş keşikçiləri “Honda” markalı avtomobili təqib ediblər, amma bir anda gözlənilməz və heç bir vəchlə qarşısıalınmaz hadisə baş verib. İçində cinayətkarların olduğu avtomobildə partlayış baş verib və yapon avtomobili hissələrə ayrılıb. Bu insident, hətta xarici KİV-in də diqqətini çəkib.
Qarətçilərin başına gələnlər dəqiqləşdirilmir. Videoçarxın müəllifi maşını ildırımın vurduğunu deyir.
Bir neçə gün öncə videoya 400 mindən çox adam baxmışdı. İstifadəçilərin çoxu baş verənləri “İlahi ədalət” adlandırıblar. Doğrudur, videoçarxa baxanlar arasında skeptiklər də olub.
Onlar partlayışın uğursuz montaj olduğunu ehtimal ediblər. Avtomobilin qaz mühərriki olduğunu və qarşıdan gələn maşınla toqquşduğu zaman partladığını da ehtimal edənlər olub (oxu.az).
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










