Köhnə avtomobil dövriyyəsində üçqat artım: fərqin 5 dəfə çox olacağı gözlənilir

Sanksiyaların Rusiyanın avtomobil sənayesinə təsirindən ayrıca danışmaq yersiz olar.
Avtosfer.az xəbər verir ki, dekabrda da Rusiyada təzə avtomobil satışları kəskin azalıb. Avropa Biznes Assosiasiyasının statistikasına görə dekabrda Federasiyada 64 000 ədəd təzə avtomobil satılıb. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yarıbayarı (50,2%) azdır.
İllik planda azalma daha ciddidir. 2022-ci ildə şimal qonşumuzda 687 370 minik və yüngül kommersiya avtomobili satılıb. Bu da illik əsasda 58,8% geriləmə mənasına gəlir.
Rusiyada başqa bir narahatlıq verən tendensiya ikinci əl avtomobil dövriyyəsinin artmasıdır. Ötən il federasiyada satılan ikinci əl avtomobillərin sayı təzələrdən 3 dəfə çox olub. Bu il isə fərqin 5 dəfə çox olacağı gözlənilir (sadə dildə desək, insanlar “ölüxanası” olan modellərə maraq göstərir). Başqa sözlə, avtomobil parkında köhnəlmə sürətlənir.
Parallel idxal nəticəsində ciddi ehtiyat hissə qıtlığı olmasa da, saxta, qeyri-standart detalların həcmi əvvəlki illərlə müqayisədə kəskin artıb.
Vüqar
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










