Leyla Əliyeva “Klassik avtomobil sərgisi”ndə - FOTOLAR

Fevralın 23-də Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”nin açılışı mərasimi keçirilib. Mərkəzdən Avtosfer.az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib. Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bir il ərzində layihə üzərində çalışanlara, o cümlədən Mərkəzin əməkdaşlarına, xarici muzeylərin təmsilçilərinə minnətdarlığını bildirib.
Fransanın Milli Avtomobil Muzeyinin direktor müavini Rişar Keller təmsil etdiyi muzeyin kolleksiyası barədə məlumat verib. Bildirib ki, bu kolleksiyanın əsasını Şlumpf qardaşlarına məxsus kolleksiya təşkil edir. Həmin kolleksiyaya müxtəlif illərdə istehsal olunan avtomobillər daxildir.
Beynəlxalq sərgi kuratoru Horst Kampan bu sərgidə nümayiş olunan kolleksiyanın nadirliyini qeyd edib. Qonaq ölkəmizin zəngin tarixə malik olduğunu söyləyib, Azərbaycanın neft sənayesi ilə fərqləndiyini bildirib və qeyd edib ki, məhz bu sahənin inkişafı dünyada avtomobil sənayesinin inkişafına töhfəsini verib.
Sonra klassik avtomobil sərgisinin açılış mərasimi olub.
Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın Classic Remise və Fransanın Şlumpf kolleksiyası Milli Avtomobil Muzeyi ilə birgə təşkil olunan sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.
Sərgi ərəfəsində Azərbaycan Avtomobil Federasiyasının avtomobil tarixi haqqında “Tarixə dörd çarxla” kitabı nəşr olunub. Nəşrdə müxtəlif ölkələrdə ayrı-ayrı illərdə istehsal olunan avtomobillər bərədə məlumatlar, fotolar təqdim edilir.
Sərgi həftənin cümə, şənbə və bazar günləri ziyarətçilərin üzünə açıq olacaq.
Fidan
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək



















