"Made in China" "Tesla"lar 6 min dollar daha ucuz satılacaq

ABŞ mərkəzli elektromobil istehsalçısı "Tesla" Çində istehsal etdiyi avtomobillər üçün sifarişlərin qəbuluna başlayıb. Avtosfer.az "Finans.az"a istinadən xəbər verir ki, Şanxayda "Gigafactory" adı verilən zavodda istehsal olunacaq "Model 3"lərin ABŞ-dan idxal olunandan 6200 dollar daha aşağı qiymətlə satılacağı açılanıb. Bununla da, 41 min 300 dollardan başlayan "Model 3" qiymətləri Çinin ABŞ mənşəli mallara tətbiq etdiyi rüsumdan əvvəlki qiymət səviyyəsinə yaxınlaşacaq. Açıqlamalara görə, "Made in China" "Tesla"lar əvvəlcə yalnız Çində satılacaq və bu modellərin ABŞ-da istehsal olunan modellərdən heç bir fərqi olmayacaq.
Qeyd edək ki, "Tesla" Şanxay zavodunda ildə təxminən 500 min avtomobil istehsal etməyi planlaşdırır və elektromobillərin 6-10 ay müddətində müştərilərə təslim ediləcəyi gözlənilir.
Çin maşını almaq istəyənlərin diqqətinə! – Daha bu avtomobillər ölkədən çıxarılmayacaq
Yeni məcburiyyət: Bu maşınlar ucuzlaşır
Azərbaycanda avtomobil almaq çətinləşir? - FOTO
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...












