“Maserati”yə Azərbaycan benzini - FOTO

SOCAR avtomobil yanacağı təchizatı sahəsində fəaliyyətini genişləndirir. Avtosfer.az-ın Dövlət Neft Şirkətinə istinadla verdiyi məlumata görə, “SOCAR” yanacaq brendi və “Maserati”nin Ukraynadakı distribütoru olan “Qrand Avtomotiv” şirkəti Odessada keçirilən eksklüziv test-drayv zamanı avtomobil yanacağı sahəsində əməkdaşlığa başladıqlarını elan ediblər. “Maserati” avtomobillərinin sınağı zamanı “SOCAR” yanacaqdoldurma şəbəkəsinin Nano yanacağından istifadə olunur. “Maserati” markasının 100 illiyinə həsr olunan test-drayv ilin sonuna kimi davam edəcək. “Maserati” şirkətinin Ukraynadakı rəsmi distribütoru yarış maşınlarının bütün keyfiyyətlərini üzə çıxarmaq üçün “SOCAR” Nano yanacağından istifadə olunmasını tövsiyə edib. Məşhur brendin avtomobil yarışları tarixində tutduğu görkəmli mövqeyi bir daha vurğulamaq məqsədi ilə İtaliyadan tanınmış pilotlar Marko Kavicoli və Alessandro Mersaqora dəvət olunublar.
Qeyd edək ki, hazırda Ukraynada “SOCAR” brendi ilə 40 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Şirkət Polşa, Litva və Belarusun aparıcı emal zavodlarından Avro-5 ekostandartına uyğun neft məhsulları idxal edir.
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO











