Banner

Maşın adlarının mənaları; bütün modellər - FOTO

Avtobazar 6 Yanvar 2015 17:19 Oxunub 57074
Maşın adlarının mənaları; bütün modellər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil markaları ilə bağlı ən maraqlı faktları oxuçularına təqdim edirik

Sevdiyimiz, həvəslə izlədiyimiz, sahib olmaq üçün gecə-gündüz çalışdığımız maşınların markalarının nə məna daşıdığını bilirsiniz? Avtosfer.az anspress-ə istinadən avtomobil markaları ilə bağlı ən maraqlı faktları oxucularına təqdim edir.

"Mitsubishi"- Yaponiyanın nəgəng şirkətlərindən olan "Mitsubishi" adını qədim yapon savaşçıları olan samurayların emblemindən alıb. Emblem Mitsu (üç) və bishi (almaz) kəlmələrinin birləşməsindən yaranıb. 

"Mercedes-Benz" - avstraliyalı tacir Emil Jelinek 1897-ci ildə yarış qazanan maşınına qızı Mersedesin adını qoyub. Bunun şərəfinə şirkətin yaradıcıları olan Qottlieb Daimler və Karl Benz istehsal etdikləri maşına "Mercedes" adını qoydular. 

"Mazda"- Şirkətin emblemində qanaqlarını açan at təsvir edilir. Bu işadə Zərdüştlərin xeyir tanrısı Ahura Mazdadan alınıb. 

"Hyundai"- Koreya dilində "modern, çağdaş" deməkdir. 

"Kia" - Koreyanın ikinci böyük avtomobil şirkətinin adı "Asiyada doğulan" deməkdir. 

"Cadillac" - 1902-ci ildə qurulan şirkət öz adını ABŞ-ın Detroyt şəhərini quran və 16-cı əsrdə yaşayan fransız səyyah Antoine de la Mote Kadillakdan götürüb. 

"Pontiac" - məşhur ABŞ markası adını 1700-cü illərdə yaşayan hindu polis rəisi olan Pontiak Obvandiyaqdan alıb. 

"Jeep" - hərbi məqsədlərlə istehsal edilən ilk yolsuzluq maşının adını çizgi filmindəki (Teməl Rəis) "Eugene the Jeep" adlı heyvandan aldığı iddia edilir. Sonradan bütün markaların bu tip maşınları Cip adlanmağa başlayıb. 

"Dacia"- Rumıniyanın ən böyük avtomobil şirkəti olan "Dacia" eyni zamanda ölkənin də antik adıdır. 

"Lexus" - Latın dilində "qanun" mənası daşıyır. 

"Škoda" - Çexiya şirkəti olan avtoistehsalçı adını qurucusu olan Emil von Škodadan alıb. "Škoda" bir zamanların ən böyük silah istehsalçılarından da olub. Çex dilində mənası "zədəli" deməkdir. 

"Audi" - latın dilində "eşitdim, duydum" mənası daşıyır. 

"Aston Martin" - İngiltərənin idman maşını istehsalçısı olan "Aston Martin" adını qurucularından biri olan Lionel Martinin istehsal etdiyi yarış masınlarını sınaqdan çıxardığı Aston təpəsindən alıb. 

BMW - BMW-nin açılışı "Bayerische Motor Werke" (Bavyera Mühərrik Fabriki) deməkdir. 

FIAT - İtalyan avtomobil firmasının adının mənası "Fabbrica Italiana Automobili Torino" (Torino İtaliya Avtomobil Fabriki) deməkdir. 

"Nissan" - 1934-cü ildə Jidosha-Seizo co. və Nihon Sangyo co. şirkətləri birləşib. Bu iki adın birləşməsinin yapon dilində qısalması "Nissan" adlanıb. Eyni ildə şirkət "Nissan Jidosha Kabushiki Gaisha" (Nissan Mühərrik şirkəti) adını alır. 

"İnfiniti" - "Nissan"ın ABŞ bazarı üçün istehsal etdiyi lüks maşın markasıdır. Adı ingilis dilində "ucsuz, bucaksız" mənasına gəlir. 

"Ford" - Adını yaradıcısı Henri Forddan alıb.

"Opel" - Adını yaradıcısı olan Adam Opeldən alıb.

"Porsche" - şirkət "Volkswagen"in məşhur tısbağa modelini dizayn edən mühəndis Ferdinand Porşenin oğlu Ferri Porşedən tərəfindən qurulub. 

"Jaguar" - İngiltərənin lüks maşın istehsalçısı olan şirkət adını Cənubi Amerikadakı yırtıcı heyvan pantera olan "Jaguar"dan alıb. İlk dəfə şirkətin adı "SS Jaguar" adlanıb. İkinci dünya müharibəsindən sonra SS yığışdırılıb. 

"Ferrari" - adını şirkətin qurucusu və məşhur yarışçı olan Enzo Ferraridən alır.

"Bugatti" - lüks avtomobil firması adını Ettore Bugattidən alıb. 

"Peugeot" - ilk qəhvə dəyirmanı və velosiped markası olan şirkət adını Emille Pujodan alıb.

"Hummer" - avtomobilin adı yüksək hərəkət qabiliyyəti çox funksiyalı vasitə mənasına gələn "Humvee"dən götürülüb. 

"Land Rover" - müflüs olan İngilis "Rover" şirkətinin "Tata"ya satdığı yolsuzluq maşınıdır. Rover "səyyah" mənasına gəlir. Suv markası "Range Rover".

"Rolls-Royce" - əl işi olan nadir lüks maşınları ilə fərqlənən avtomobil markası adını yaradıcıları olan Steven Rolls və Henri Roysdan götürüb. 

"Volkswagen" - alman dilidə "xalq maşını" mənasını daşıyır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh