Maşın almaq istəyənlərin NƏZƏRİNƏ – Bu avtomobillərin qiyməti UCUZLAŞDI

“Taksilərlə bağlı qəbul edilən qərarlar Azərbaycanın avtomobil bazarında ajiotaj yaradıb. “Prius”ların kütləvi şəkildə satışa çıxarılmasında çox danışılıb deyə bunun üzərində dayanmayacam. Mən onu demək istəyirəm ki, son 10-15 gündə yaşı 15 ildən çox olan bütün avtomobillərin kütləvi şəkildə satışa çaxarılması müşahidə edilir”.
Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O bildirib ki, yaşlı maşınların qiymətləri yarıbayarı aşağı düşüb:
“Məsələn, bir ay əvvəl 12 minə olan “Prius”lar 6-7 minə, 16 minə olan “Prius”larsa 8-9 minə təklif olunur. Bundan başqa digər avtomobillərin satışında da artım var. Nəzərə alaq ki, bu gün şəhərlərarası taksi xidməti göstərən avtomobillərin yaşı 20-dən yuxarıdır. Təbii ki, hökumətin bu qərarı həmin taksilərə də öz təsiri olacaq. Ona görə də həmin avtomobillərin sahibləri maşınlarını kütləvi şəkildə satışa çıxarırlar. Məsələn, buraxılış ili 20 ilə yaxın və bundan artıq olan “Mersedes-Benz”, “BMW”, “Kia”, “Hunday” və digər markalı avtomobillər hazırda əvvəlki aylarla müqayisədə ən azı 15-20 faiz aşağı qiymətə təklif olunur”.
Akif Nəsirli hesab edir ki, tədricən qiymətlər daha çox düşəcək:
“Çünki, buraxılış ili 2009-cu ildən əvvəl olan avtomobillərlə taksi fəaliyyəti göstərmək mümkün olmayacaq. Nəzərə alaq ki, taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərin də yaşı 15 ildən çoxdur. Ona görə də bu avtomobillərdən istifadə məcburi şəkildə məhdudlaşacaq. Buraxılış ili çox olan avtomobillər əsasən fərdi istifadə üçün yararlı olacaq. Bu isə köhnə avtomobillərə tələbatı azaldacaq. Nəticədə, köhnə avtomobillər yaxın bir neçə ayda xeyli ucuzlaşacaq”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










