Maşın bazarında alıcı qıtlığı - VİDEOREPORTAJ

Azərbaycanda avtomobil bazarındakı dürğunluq davam edir. Avtosfer.az xəbər verir ki, "Report"un ötən bazar paytaxtın Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub ki, qiymətlərin baha olması və alıcı sayının ötən illərlə müqayisədə az olması satışların kəskin azalmasına gətirib çıxarıb.
Alıcı qıtlığının əsas səbəbi kimi qiymətlərin baha olması qeyd edilir. Baxmayaraq ki, son bir ayda bir qədər ucuzlaşma olub, lakin bütövlükdə qiymətlərlə bağlı ümumi mənzərə ürəkaçan sayılmır. Bu baxımdan alıcılar çox vaxt büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkdiklərini bildiriblər.
Satıcıların dediyinə görə, qiyməti 9-10 min manatdan yuxarı olan "inomarkalar" var ki, aylardır bazara çıxarılmasına baxmayaraq, hələ də satılmayıb. Hazırda satışda olan avtomobillərin əksəriyyəti isə qış aylarından bazara çıxarılanlardır.
Satıcılara görə, əsas təlabat Rusiya istehsalı olan maşınlara və qiyməti 6-8 min arasında dəyişən "inomarka"laradır. Benzin mühərrikli avtomobillərə nisbətən dizel yanacağı ilə çalışan avtomobillər daha tez satılır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










