Maşın bazarında bahalaşma var - VİDEO

Paytaxt Bakının avtomobil bazarında qiymətlər bahalaşıb. Xüsusən də Almaniya istehsalı olan avtomobillərin qiymətində 1000 - 2000 manat arasında artım var. Odur ki, bazarda alıcılar qiymətlərin baha olmasından, satıcılar isə alıcı azlığından şikayətlənir.
Avtosfer.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, bazarda hər markada, hər qiymətdə maşın olmasına baxmayaraq, bazarda durğunluq yaşanır.
Satıcıların sözlərinə görə, avtomobillərin qiyməti hər ay artır. Təkcə son 3 ayda hər bir avtomobilin qiymətində ən az 1000-2000 manat arasında artım olub.
Bazarda ən çox tələb isə mühərriki kiçik, istehsal ili yeni və kondisionerlərli avtomobillərədir. Amma həm alış, həm də ehtiyat hissələrinin qiyməti ucuz olduğuna görə Almaniya istehsalı olan avtomobillərə də tələb var. Rusiya istehsalı və kondisionersiz avtomobillər də bazara az çıxarılmasına baxmayaraq onların da qiyməti bahalaşıb. Alıcılar məhz qiymətlərin bahalaşması səbəbindən avtomobil almaqda çətinlik çəkirlər.
Satıcıların sözlərinə görə, payıza doğru avtomobil bazarında canlanma olmasına baxmyaraq, qiymətlərin ucuzlaşacağı gözlənilmir.
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir








