Banner

Maşın bazarında durğunluq: Satıcılar “qan ağlayır” - FOTOLAR

Avtobazar 31 İyul 2023 10:09 Oxunub 1700
Maşın bazarında durğunluq: Satıcılar “qan ağlayır” - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hər il Azərbaycana bir milyondan çox avtomobil idxal olunur. Rəsmi məlumata əsasən, 2023-cü ilin yanvar ayında ölkəmizə 102 milyon 620,56 min ABŞ dolları dəyərində 6881 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu avtomobillərin 933-ü hibrid, yəni daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 119-su yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Növbəti ayların idxal rəqəmlərində də xeyli artım qeydə alınıb.

Hazırda avtomobil bazarında vəziyyət necədir?

Yerli bazarlarda apardığımız müşahidələr göstərir ki, son günlər avtomobil satışında ciddi durğunluq yaranıb. Doğrudur, ötən illə müqayisədə qiymətlərdə artım var. Bahalaşma əsasən buraxlış ili 2010-cu ildən sonra olan nəqliyyat vasitələrində daha çox hiss olunur. Bununla belə alış-satış demək olar ki, dayanıb. 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Modern.az-a açıqlamasında bazarda qiymətlərin artdığını təsdiqləyib. O bildirib ki, nəqliyyat vasitələrinin idxalı ilə bağlı yeni qərardan sonra alıcıların sayı ciddi şəkildə azalıb.

“İyul ayında Azərbaycan avtomobil bazarında iyun ayı ilə müqayisədə fəallıq aşağı düşüb. Hazırda ikinci əl avtomobil bazarında durğunluq yaranıb. Məncə, bu, mövsümi xarakter daşıyır. Hər il yayın ikinci hissəsində belə olur. Aktivlik avqust-sentyabr ayında artmağa doğru gedir”, - ekspert deyib.

 

 

O vurğulayıb ki, alıcılar daha çox mühərrik həcminə görə seçim edirlər. Üstünlük verilən avtomobillər mühərrik həcmi 2000 kub santimetr olanlardır:

“Bu gün avtomobil almaq istəyən vətəndaşın seçimi böyükdür. Çünki ölkəyə hər yerdən  avtomobillər idxal edilir. Ona görə seçim genişdir. Konkret hansısa markanın adın çəkə bilmərik. Amma deyə bilərik ki, ikinci əl avtomobil bazarında söhbət köhnə maşınlardan gedir,  mühərrik həcmi 1500-2000 kub santimetr olan avtomobillər daha populyardır. Mühərrik həcmi 3000 kub santimetr və daha yuxarı olan avtomobillər artıq  o qədər də tələb olunmur. Bu da ötən il ərzində Aİ-95 markalı benzinin qiymətinin yüksəlməsi və sığorta haqlarının artması ilə əlaqəli ola bilər. Çünki mühərrik həcmi yüksək olan avtomobillər sərfəli deyil. İndi alıcılar daha çox hibrid avtomobillərə maraq göstərirlər. Amma buna baxmayaraq,  bazarda benzin mühərrikli avtomobillər lider olaraq qalır”.

Ekspert ötən illərlə müqayisədə bu il avtomobil alıcılarının sayının artığını qeyd edib:

“Ötən illərlə müqayisə etsək, bu ilin 7 ayı ərzində keçən illə müqayisədə  Azərbaycanda avtomobil alqı-satqısında  artım müşahidə edilir. Həmçinin ölkəyə idxal olunan avtomobillərin sayında da artım var. Bu da normal prosesdir. Çünki ölkədə iqtisadiyyat artırsa, əhali sayı çoxalırsa , nəqliyyat vasitələrinə tələb artır.Lakin hazırda bazarda durğunluq yaranıb. Bu da mövsümlə əlaqədardır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh