Maşın bazarında qiymətlər belə dəyişdi – SİYAHI

Azərbaycan avtomobil bazarında manatla satılan maşınların qiymətində ciddi artım müşahidə olunur. “Toyota”, “Hyundai”, KİA, “Cehvrolet” brendlərinin Azərbaycandakı rəsmi distribüterlərindən verilən məlumata görə, avtomobillərin qiymətinin artırılmasına səbəb nəqliyyat vasitələrinin xarici ölkədən dollarla alınıb gətirilməsi və Azərbaycanın milli valyutasının ucuzlaşmasıdır. Distribüterlərin məlumatına görə, modelindən və markasından asılı olaraq avtomobillərin qiyməti 30-40% artıb. “Mercedes-Benz” brendinin Azərbaycanda minik avtomobilləri üzrə rəsmi dileri olan “AutoStar Kaukasus” şirkətindən bildirblər ki, manatın devalvasiyasına baxmayaraq, şirkətin anbarında mövcud olan avtomobil və ehtiyat hissələrinin qiymətlərində heç bir dəyişiklik yoxdur. Lakin “AutoStar Kaukasus”dan manatın devalvasiyasından sonra sifariş olunan və ya gətirilən avtomobil və ehtiyat hissələrinin qiymətinin avronun manata qarşı məzənnəsinə uyğun olaraq hesablanacağını da qeyd ediblər.
Avtosfer.az oxu.az-a istinadən Azərbaycanda ən çox satılan avtomobillərin manatın ucuzlaşmasından sonra rəsmi diler və avtomobil bazarının iştirakçıları tərəfindən müəyyənləşdirilmiş qiymətlərini təqdim edir:
«Hyundai Azərbaycan»
“Hyundai Sonata”: köhnə qiyməti 26 900 AZN, yeni qiyməti 34 900 AZN
“Hyundai Accent”: köhnə qiyməti 16 500 AZN, yeni qiyməti 18 200 AZN
"KİA Motors"
“KİA Optima”: köhnə qiyməti 27 900, yeni qiyməti 34 900 AZN
"Toyota Bakı Mərkəzi"
“Toyota Corolla”: köhnə qiyməti 21 900 AZN, yeni qiyməti 23 000 AZN
“Mercedes-Benz”-in qeyri rəsmi qiyməti
“Mercedes E 200”: köhnə qiyməti 52 000, yeni qiyməti 68 000 AZN
"BMW"-nin qeyri rəsmi qiyməti
“BMW 528”: köhnə qiyməti 70 400 AZN, yeni qiyməti 92 500 AZN
“Chevrolet-in qeyri rəsmi qiyməti
“Chevrolet Aveo”: köhnə qiyməti 15 450 AZN, yeni qiyməti 18 270 AZN
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...











