Maşın bazarında son vəziyyət: Bu avtomobillərin qiyməti enib - AÇIQLAMA

Son zamanlar ölkəmizdə avtomobil bazarına maşın aparan bəzi sürücülər nəqliyyat vasitəsini aşağı qiymətə satdıqlarını deyirlər. Avtomobil sahibləri bunun səbəbini hibrid avtomobillərə marağın artmasında görür. Buna paralel olaraq son dövrlər bütün dünyada elektrobilllərə də maraq artmağa başlayıb.
Bəs bütün bunlar avtomobil bazarına necə təsir göstərib?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "ölkə.az"a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, bu gün Azərbaycana idxal olunan hibrid avtomobillərin sayında xeyli artım var:
“Lakin elektromobillərin sayında biz o qədər də artım müşahidə etmirik. Məlumdur ki, elektromobillər üçün infrastrutur lazımdır, enerji doldurma məntəqələri olmalıdır. Bu məntəqələrin sayının ölkə üzrə az olması vətəndaşların elektromobillərə olan marağını azaldır. Bu gün yenə də Azərbaycanın avtomobil bazarında xüsusən də ikinci əl avtomobil bazarında daha çox alınıb satılanlar benzin mühərrikli avtomobillərdir. Elektromobillərin Azərbaycan bazarında payı isə çox cüzidir”.
Ekspertin sözlərinə görə, idxal olunan hibrid avtomobilllərin qiymətində az da olsa enmə müşahidə edilir:
“Xüsusən də Çindən gətirilən hibrid avtomobillər əsasən taksi fəaliyyətində istismar olunur”.
E.Cəfərov benzin mühərikli avtomobillərə marağın yenidən artmasının mümkün olub-olmaması barədə də danışıb:
“Bu gün Azərbaycanda hibrid avtomobillər idxalı zamanı əlavə dəyər vergisindən azaddır. Benzin mühərrikli avtomobillərə qayıdış o zaman ola bilər ki, bu ƏDV-dən azad olma ləğv edilsin. Onda hibrid avtomobillərin qiyməti yüksələ bilər və insanlar yenidən daha çox benzin mühərrikli avtomobillərə maraq göstərərlər”.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











