Maşın bazarında vəziyyət necədir? -son 3 ayda nə baş verib?

Dünyanın bir çox yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə maraq yüksəkdir. Bəzən qiymətlərin qalxması və başqa səbəblər bazarda durğunluğa səbəb olur. Amma bu durğunluq uzun sürmür.
Bəs hazırda avtomobil bazarında vəziyyət necədir?
Məsələ ilə bağlı modern.az-a danışan istisadçı ekspert Vüqar Bayramov deyib ki, hazırda avomobil bazarında canlanma yoxdur, yanvar ayından başlanan durğunluq davam edir: "Amma qiymətlərın sabitləşməsi müşahidə olunur. Öncədən proqramlaşdırmışdıq ki, ölkəyə idxal olunan avtomobillərə tətbiq edilən aksiz vergisi qiymətlərin artmasına gətirib çıxaracaq. Bu baş verdi, amma tələb aşağı olduğu üçün, xüsusilə fevraldan etibarən müşahidə edilən durğunluq nəticə etibarı ilə qiymətlərin müəyyən stabilləşməsinə səbəb oldu. Qiymətlər stabilləşsə də, tələb aşağıdır, bu da durğunluğun davam etməsinə gətirib çıxarır. Qiymət artımlarından sonra biz müşahidə etdik ki, avtomobil satanların sayı artdı, alanların sayı isə azaldı. Avtomobillərə tətbiq edilən aksiz vergisinin artmasından sonra ölkəyə idxal olunan avtomobillərin sayında da azalma qeydə alındı. Hələlik avtomobil bazarında canlanma gözlənilmir. Güman olunur ki, növbəti aylarda qiymət artımı qeydə alınmayacaq, əgər durğunluq davam edərsə, bu, qiymətlərin müəyyən qədər azalmasına səbəb ola bilər”.
Ekspert bildirib ki, Azərbaycanın istehsal etdiyi avtomobillər hələlik daha çox dövlət sifarişi əsasında istifadə edilir:
"Bazarda yerli istehsal avtomobilləri olsa da, sayı çox deyil. Hələlik yerli istehsah bazara təsirini göstərmir, bəlkə yerli istehsal gələcəkdə bu vəziyyəti dəyişə bilər. Həmin avtomobillərə olan inamın formalaşması çox vacibdir. İnam yaranarsa, yerli istehsal gələcəkdə bazarda müəyyən paya sahib ola bilər. Hazırda isə bazarda olan vəziyyətə ciddi təsir göstərə bilmir”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










