"Maşın bazarında xaosdur" - Ekspert Türkiyə təcrübəsini təklif edir

Azərbaycanda avtomobil almaq istəyən insanların müraciət etdiyi ilk yer maşın bazarıdır. Amma maşının hansı problemlərinin olub-olmaması, texniki sazlığının yoxlanılması kimi məsələlər alıcının öhdəsinə buraxılır. Satıcılar deyirlər ki, qaqa, maşına söz ola bilməz, bezkraskadır, intəhası, bir -iki yerinə rəng çəkilib, inanmırsansa, apar harada istəyirsənsə, yoxlatdır. Sual yaranır: maşın almaq istəyən adam niyə avtomobili harada gəldi yoxlatmalıdır?
“Azərbaycanda maşın bazarı çox xaotik bir vəziyyətdədir. Burada avtomobil alverçiləri elə bir sistem yaradıblar ki, bazarı özləri rahat şəkildə idarə edirlər, monopoliya yaradırlar, bazarda qiymət artırırlar və yaxud da azaldırlar. Ona görə də məsələ ziddiyətli və qarışıqdır”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı belə deyir.
Ekspert Türkiyədə maşınların alqı-satqısı ilə bağlı tətbiq olunan praktikanı Azəbaycan üçün də lazımlı və vacib sayır.
“Türkiyədə avtomobil alqı-satqısı ilə bağlı çox yaxşı təcrübə var. Bunun Azərbaycanda da tətbiq olunması lazım və vacibdir. Düşünürəm ki, biz artıq bu keçidi təmin etməliyik. Fikrimcə, yaxın vaxtlarda dövlətimiz, İqtisadiyyat Nazirliyi və yaxud da Vergi Xidməti bununla bağlı hər hansı bir addım ata bilər. Amma hazırda təcrübəsiz insanlar bazarda aldanır, qəzalı, təhlükəli maşınlar alırlar və nəticədə də yol-nəqliyyat hadisələrində xoşagəlməz, ağır fəsadlar ortaya çıxır. Ona görə də avtomobil bazarını həm tənzimləmək, həm də qəza riskli, yüksək təhlükə mənbəyi olan avtomobillərin satışa çıxarılması, dövriyyəsi və digər halların qarşısını almaq üçün bu təcrübəyə istinad etmək zəruridir. Bu yol-hərəkəti təhlükəsizlik qaydaları baxımından da çox önəmlidir”.
Ekspert sözlərinə belə davam edib: "Yaxın gələcəkdə Azərbaycanda, köhnə avtomobillərin çıxdaş edilməsi məsələsi gündəmdədir. Belə olan halda isə bu avtomobillər satılarkən, yoxlanılsa, ciddi nəzarət altında olarsa, təbii ki, bu maşınlar artıq bazarda dövr etməyəcək. Onlar birbaşa çıxdaş olunacaq və avtomobil parkımız yenilənmiş olacaq”.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










