Azərbaycanda maşınların qiyməti yenə bahalaşdı - SƏBƏB - VİDEO

Avtomobillərin qiyməti bahalaşıb. Ekspert Sərxan Qədirov qeyd edib ki, ölkədə dizel mühərrikli və ili köhnə olan nəqliyyat vasitələrinin sayında artım müşahidə edilir.
O, hesab edir ki, qiymət artımına səbəb əsasən istehsal ili 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılmasıdır.
Maşınların qiymətinin bahalaşmasına iri avtomobil istehsalçılarının qiymət siyasəti, ehtiyat hissələrinin və daşınmanın bahalaşması da ciddi təsir göstərib.
Ekspert bildirir ki, Rusiya istehsalı olan avtomobillərə bölgələrdə daha çox ehtiyac var. Buna əsas səbəb ölkənin rayonlarında xarici ölkə istehsalı olan avtomobillərin rəsmi servisinin az və ya heç olmamasıdır. Bu səbəbdən də, bölgələrdə asan təmir olunan və ucuz başa gələn Rusiya istehsalı olan avtomobillərin də qiymətində bahalaşma var. 2004-2005-ci il istehsalı olan Rusiya avtomobilləri hazırda bazarda 6 min manata təklif olunur. Halbuki, onların qiyməti ötən il 4 min manat civarında idi.
Ölkəyə gətirilən avtomobillərin dəyəri də ötən illə müqayisədə artıb. 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi idxal edilib.
Dövlət Gömrük Komitəsindən sorğuya cavab olaraq bildirilib ki, nəqliyyat vasitələrinin idxalı 2022-ci ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya təxminən 1,7 dəfə artıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










