Banner

MDB məkanında ilk dəfə Azərbaycanda təqdim olunan «Hyundai Sonata 2015» - FOTOLAR

Avtobazar 12 Oktyabr 2014 14:07 Oxunub 3767
MDB məkanında ilk dəfə Azərbaycanda təqdim olunan «Hyundai Sonata 2015» - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
MDB məkanında ilk dəfə Azərbaycanda təqdim olunan «Hyundai Sonata 2015» - FOTOLAR
Yüksək texnologiyalı «Hyundai Sonata» avtomobili özündə üstün sinifin dizaynını və idarəetmənin etibarlı dinamikasını əks etdirir
 
 
 
«Hyundai» yeddinci nəslin tam yeni «Sonata 2015» avtomobilini Azərbaycan bazarına təqdim edir. İlk dəfə Nyu-Yorkda təqdim olunmuş bu modelin Azərbaycanda prezentasiyası Bakı-Qəbələ sınaq yürüşü və turu ilə qeyd olunub. Sınaq yürüşü-turunda Azərbaycan mediasının nümayəndələri ilə yanaşı, Qazaxıstan, Gürcüstan, Ukrayna və Rusiya mediasından nümayəndələr, eləcə də «Hyundai»-ın Koreyadakı baş ofisindən qonaqlar iştirak ediblər. Yürüşdə qonaqlar avtomobilin müxtəlif yol şəraitlərində sınaqdan keçirilməsindən başqa, Azərbaycanın təbiəti ilə də tanış olmaq imkanı qazanıblar.
 
Avtosfer.az-ın əməkdaşı da yeni «Sonata»nı Bakı-Qəbələ-Bakı marşrutu üzrə sınaqdan keçirib. Eyni zamanda, Qəbələdə sınaq sürüşlərinə də qatılan əməkdaşımız bu avtomobildən tam razı qalıb. İlk növbədə, interyerdə üstünlüklərə malik olan avtomobilin rahatlığı diqqəti çəkir. Məsələn, avtomobilin daxili mühiti, yüksək peşəkarlıqla hazırlanmış kompozisiya, xüsusən də oturacaqlar sürücü ilə avtomobil arasında harmoniya təşkil edir. Sürücünün sükana kiçik toxunuşu ilə yüksək manevrlərə malik olan avtomobilin səs akustikası diqqəti çəkir. Bəzi avtomobillərdə təkərlərin səsi salonda açıq-aydın eşidildiyi halda, «Sonata 2015»-də sürücülər bu problemdən yaxa qurtarmış olacaqlar.
 
Elektronikada da yeniliklərə malik olan bu avtomobili idarə etmək sürücüyə o qədər də çətin olmayacaq. Sərt döngələrdə yana əyilmədən manevrlər etmək qabiliyyətinə malik «Sonata 2015» Azərbaycan yolları üçün olduqca əlverişlidir. Arxa və ön radarlar sürücüyə çox böyük kömək edir. Arxa kameranın da maraqlı funksiyaları var ki, bu da sürücülərin ən çox əziyyət çəkdiyi problemin həllinə dəstək üçün yaradılıb. Bəzən yeni sürücülər avtomobili arxaya sürməkdə, xüsusən də parkinq zamanı çətinlik çəkirlər. «Sonata 2015»də siz bu problemdən azad olacaqsınız. Sensorların da köməyi böyükdür. Yağışlı havada tez-tez şüşəsilənə əllə toxunmağa ehtiyac qalmayacaq.
 
Avtomobilin mühərrikin səsi sürücüdə xoş təəssürat yaradır. Bu səs yorucu deyil. Avtomobildə musiqi dinləməkdən isə xüsusi zövq alacaqsınız. Kondisioneri işə saldıqdan sonra qısa zamanda salonda sərinlik hiss edəccəksiniz. Bu zaman digər avtomobillərdəki kimi, kondisionerin səsindən narahat olmayacaqsınız.
 
Günümüzün reallıqlarından biri də yanacağa qənaətdir. «Sonata 2015»də siz qənaətcil sürücü olmaq şansını əldə etmiş olacaqsınız.
 
Bəzi avtomobillərdə kapotun altını toz-torpaq tez-tez çirkləndirir və təmizkar sürücülər bundan çox narahat olurlar. «Sonata 2015» bu narahatçılığı da aradan qaldırıb.
 
 
 
Təhlükəsizliyin təmin olunması
 
 
 
Təhlükəsizlik baxımından əvvəlki modellərindən 240 faiz üstün olan yeni avtomobil bir çox elementlərinə görə üstünlüklərə malikdir. Bu da, əlbəttə, sürücünün və sərnişinin həyatını sığortalayan amildir. Və bu məqamlar «Sonata 2015-də çox incəliklə düşünülüb. Standart «Sonata» komplektasiyasında iki hava yastığı ilə təchiz olunub. Onlardan biri toqquşma anında sürücünü oturacaqdan sürüşməkdən qoruyur və başqa passiv təhlükəsizlik sistemlərinin effektivliyini artırır. Həmçinin standart təhlükəsizlik paketinə stabilliyin elektron tənzimlənməsi sitemi (ESC), avtomobilin stabilliyinin idarə olunması (VSM), dartınmaya qarşı sistem, tormozların antiqapanma sistemi (ABS) ilə təchiz olunub Projektorsayağı başlıq faraları standart komplektasiyada olsa da, HID faralar seçimə görədir.
 
«Hyundai»ın konstruktorları «Sonata 2015» modelində bir çox aktiv təhlükəsizlik texnologiyaları tətbiq ediblər. Bu texnologiyalar qəzaların qarşısının alınmasında sürücüyə köməkçi olurlar. Mükəmməlləşdirilmiş təhlükəsizlik texnologiyaları artıq lüks sinfin avtomobillərinin xüsusiyyəti olmaq özəlliyindən çıxıb. Orta qabaritli sedan sahibləri də kor nöqtələrin müəyyənləşdirilməsi (BSD) sistemindən faydalanmaq imkanına malikdirlər.
 
Mükəmməl sistem olan (BSD) sistemləri dönmə işıqlarının yandırılması zamanı yaxınlaşan avtomobilin olub-olmadığı haqqında sürücün xəbərdar edən bir sistemdir.
 
Yeni avtomobilin maksimal sürəti modelindən asılı olaraq 210 km/saata qədərdir. Təhlükəsizlik üçün          sürücü hava yastığı, sərnişin hava yastığı, yan hava yastıqları və təhlükəsizlik pərdələrini qeyd etmək yerinə düşər.
 
 
 
 
 
Rahatlıq
 
 
 
Sürücülərin və sərnişinlərin rahatlığı üçün «Sonata 2015»də üstün cəhətlər var ki, bunlara diqqət etmək lazımdır. Məsələn, güzgülərin elektrikli tənzimlənməsi və qatlanması, güzgülərin isidilməsi, siqnalizasiya, yağış sensoru, dirve mode (ECO, Normal, Sport), Auto hold, mərkəzi kilid, uzaqdan idarəetmə asqisi olan açar, keyless Entry, smart key / Start/Stop düyməsi, avtomatik kondisioner (iqlim kontrolu), mexaniki kondisioner, hava keyfiyyərinə nəzarət sistemi, Bluetooth, auto cruise control, bort computeri, elektronik park, arxa radar, arxa kamera, qabag radar və digər elementləri sadalamaq olar.
 
Avtomobilin  içərisi dəri salondur. Qapıların dəri örtüyünü və mebel işləmələri də qeyd etmək lazımdır. Bundan əlavə, qabaq və arxa oturacaqların isidilməsi, qabaq oturacaqların ventilyasiyası, sürücü oturacağının yaddaş paketi, multimedia display, külqabı, mexaniki yan pərdələr, arxa konsolda ventilyatorun çıxışı, eynək qabı, xəritə lampası da sürücülərin və sərnişinlərin rahatlığını təmin edən amillərdəndir.
 
Avtomobilin xarici görünüşünü də xarakterizə etmək yerinə düşər. Avtomatik yanan işıqlar, duman əleyhinə faralar, yüksək suspansiya,    şüşələrdə buz əridicilər, lehimli disklər (alloy wheels), arxa və ön led, HID (xenon) lampalar «Sonata 2015»ə xüsusi gözəllik verir.                       +
 
 
 
Axıcı və qabaqcıl dizayn
 
 
 
Yeni «Sonata» özündə sələfinin ən güclü xüsusiyyətlərini cəm etdiyi üçün mükəmməl görünüşə malikdir. Fluidic Sculpture 2.0 dizaynı sayəsində avtomobil möhkəm gövdə konstruksiyasına, hərəkətdə səlisliyə, lazım olduğu qədər səssizliyə, ən az titrəyişə və hiss olunmayacaq dərəcədə sıçrayışa, həmçinin təkmilləşdirilmiş təhlükəsizliyə və rahatlığa sahib olub. Bununla yanaşı, «Sonata modeli» yüksək dizayn və rahatlıq texnologiyası olan Genesis sedanının xüsusiyyətlərini orta qabaritli avtomobil sinfinə gətirib. Avtomobil oktyabr ayında Azərbaycan bazarına çıxarılacaq.
 
Hazırda «Sonata» 2015-ci ilin müasir dizaynı ilə göz oxşayan, hamar və axıcı səthlərə uyğun olan ciddi və dəqiq cizgilərə malikdir. Fluidic Sculpture 2.0  dizaynı «Sonata»-nın yüksək görünüşünü və keyfiyyətini təmin edən ilkin  Fluidic Sculpture dizaynının birbaşa davamçısıdır.
 
ıTəkmilləşdirilmiş və bir az da böyüdülmüş radiator torunu yeni «Sonata 2015»-in simasını yaradır. Sadə və harmonik xətlər, mükəmməlləşdirilmiş dinamik xarakteristikaları vurğulayır və avtomobillə sürücü arasında anlaşmanı diqqətə çəkir. Sonatanın yaylı elastik və üfüqi qapı altlıqları onun yüksək davamlılığından və hərəkət hissəsinin stabilliyindən xəbər verir. «Sonata»-nın xarakterik “qurşaq xətti” isə bir qədər daha aşağıya doğru dartılaraq, bir növ, sedanın qüvvəsindən xəbər verir. Ön şüşənin qoşa yan xətləri olduğu kimi saxlanılıb, sadəcə, indi şüşənin daha geniş cizgiləri ilə balanslı formada interyerin genişliyini vurğulayır. Üfüqi arxa xətlər avtomobilin enindən və etibarlı duruşundan xəbər verir. Avtomobilin effektiv forması onun aerodinamik müqavimət əmsalını inanılmaz dərəcədə artırır. Bu əmsal 0,27-yə çatır ki, bu da orta qabaritli avtomobillər arasında hibrid olmayan hər hansı avtomobildən daha azdır.
 
Ənənəvi dizaynın tərəfdarları «Sonara 2015 SE» modelinin eksteryer stilini yüksək qiymətləndiriəcəklər. Çünki modeldə diodlu gündüz işıqları və 16 düyümlük yüngül lehimli disklər , arxa spoyler və şüşələrin xrom çərçivələri bir araya gəlib.
 
 
 
İnteryerin dizaynı
 
 
 
«Sonata 2015» modelində eksteryerin özünəinamlı və güclü cizgilərini interyerin erqonomik və yüksəkkeyfiyyətli dizaynı tamamlayır. Bir növ, intuisiya ilə düzülən düymə və idarəetmə cihazları sürücüyə doğru əyilmiş mərkəzi paneldə elə yerləşdirilib ki, sürücünün həmin düymələrdən istifadəsi asanlaşır. «Hyudai»-in interyerinin dizaynında əsas ana xətt olan təhlükəsizlik, intuitivlik və sadəlik «Sonata» modelində də bolluqla öz əksini tapıb.
 
Salonda olan bütün komponentlər təkmilləşdirmək üçün lazımi qədər araşdırılıb. Hətta sükan belə, sürücünün etibarının artırılması məqsədilə ideal diametrinin, formasının və idarəetmə zamanı hissiyatın təyini üçün bir sıra yeniliklərə məruz qalıb.  Sükanın təkmilləşdirilmiş dizaynı və cihazlar komplektinin yerinin dəyişdirilməsi sükan kalonkasının yenidən dizayn edilməsinə gətirib çıxarıb. Konstruktor  və dizaynerlər interyerdə maksimum təhlükəsizliyin təmin olunması, həmçinin idarəetmənin rahatlaşdırılması üçün hər bir detalı bütün incəliklərinə qədər araşdırıblar.
 
Avtomobilin salonunda səsin səviyyəsinin minimuma endirilməsi «Sonata 2015» modelinin prioritet öhdəlikləri siyahısında idi. Konstruktorlar arzuolunmaz səslərin kabinəyə daxil olmasının qarşısını almaq məqsədilə səsizoləedici materiallardan daha çox istifadə ediblər. Hətta mühərrikin səsi də indi daha xoş və qulağayatımlıdır. Banın alt hissəsində səsin qarşısını alan materiallardan çox istifadə olunub. Aerodinamik xüsusiyyətlərin artırılması və yoldakı səsin salona daxil olmaması üçün kuzovun alt hissəsinin konstruksiyasında şüşə lifli paneldən istifadə olunub.
 
«Sonata 2015» avtomobilində məkandan effektiv istifadə ümumiyyətlə istifadəçini son dərəcə səmərəli bir genişliklə, xüsusilə də sərnişin bölməsində rahatlıqla təmin edir. Sonata 2015 modeli iri qabaritli avtomobil kimi xarakterizə edilir. Halbuki avtomobilin sərnişin hissəsi 106,1 kvadrat\fut, ümumi yük götürmə qabiliyyəti isə 122,4 kvadrat\fut təşkil edir.
 
 
 
Mükəmməl, dözümlü polad platforma
 
 
 
Yaxşı maşın həmçinin sərt platforma ilə də təchiz olunmalıdır. Daha sərt platforma avtomobilin hərəkət axıcılığından, qəza testləri sınaqlarının nəticələrinədək bütün xüsusiyyətlərinin yaxşılaşmasını təmin edir. «Sonata 2015» modelinin platformasının 50 faizindən çoxunu mükəmməl polad təşkil edir ki, bu da sərtliyin 41 faizə çatmasına gətirib çıxarıb. Əyilməyə qarşı bərklik isə 35 faiz təşkil edir. Mükəmməl yüksək sərtliyə malik polad adi polad növünə baxmış, iki dəfə daha sərtdir, amma ondan 10 faiz yüngüldür. Xüsusilə, mərkəzi karkasda əridilərək emal olunan komponentlərdən istifadə olunub.
 
 
 
Komfortun təmin edilməsi üçün texnologiyalar
 
 
 
«Sonata 2015» avtomobili sürücüyə texnologiyanın bəhrəsindən istifadəyə imkan yaradan «Hyundai»-ın yüksək keyfiyyətinin nişanəsidir. Belə üstün texnologiyalar əvvəllər sadəcə orta qabaritli lüks avtomobillər üçün səciyyəvi idi. Uzaq işıqların əl ilə idarə olunması elə də çətin bir i sayılmır. Amma uzaq işıqların idarə olunması sistemi (HBA) sürücüyə yolu idarə etməyə imkan yaradır, yolun maksimum görünməsi və qarşı tərəfdən gələn avtomobilin gözünə işıq düşməsinin qarşısını alır. Gündüz diod işıqları isə Sonata 2015 modelinə xüsusi gözəllik verir.
 
İntellektual bagaj sistemi sürücüyə bagaj qapısının düymə ilə açllmasını təmin edir. Bunun üçün sürücünün brelok ilə «Sonata»nın baqaj qapısına yaxınlaşaraq 3 saniyə gözləməsi kifayət edir. Bu, əsasən də, sürücünün əlində yük olması halında baqaj qapısını asanlıqla açma imkanıı yaradır.
 
Şirkət artıq arxa oturacaqda əyləşən sərnişinləri də düşünərək avtomobili arxa oturacaqların hündürlüyünün idarə olunması sistemi ilə təchiz edib. Ön oturacaqların hər ikisi isitmə və havalandırma sistemi ilə təchiz olunub. Soyuq günlərdə hətta arxa oturacaqlarda əyləşən sərnişinlər belə oturacaqların isitmə sistemindən istifadə edə bilərlər. Modelin bəzi bahalı komplektasiyalarında sürücülər sükanın isidilməsi sitemindən də həzz alırlar. Şirkət öz müştərilərinə öz sinfinin dəyərlərini aşan funksionallıq təqdim edərək, «Genesis»-in yeni modellərinin xüsusiyyətlərini yeni Sonata-ya gətirir. Elə buna görə də, müştərilər yüksək olmayan qiymətə yüksək texnologiyaya malik orta qabaritli sedan əldə edə bilirlər.
 
 
 
 
 
Multimediya
 
 
 
«Sonata 2015»-in bütün modelləri standart (iPod®/USB) və telefonun Bluetooth® vasitəsilə qoşulması (telefon kitabçası və səs tanımanın ötürülməsi ilə) funksiyaları ilə təchiz olunub. Avtomobildə həmçinin HD radio, yüksəkkeyfiyyətli Dimension audiosistemləri və ya gələcək nəslin Blue Link® sistemləri ilə işlənmiş 400 vattlıq Infinity ötürmə sistemləri quraşdırılıb. Sükanda  audio kontrol        da mövcuddur.
 
 
 
Qiymət (AZN):
 
22500,
 
23800,
 
26900,
 
 
 
Elməddin Muradlı
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh