Mənzil və avtomobil bazarlarında niyə durğunluqdur?

Azərbaycanda yaz mövsümünün gəlişi ilə əlaqədar, xüsusilə indiki dönəmdə - fevral ayının sonu və mart ayının əvvəllərindən etibarən, adətən, bütün bazarlarda, o cümlədən mənzil və avtomobil bazarında canlanma müşahidə edilir. Aktivliyin, alqı-satqının artması öz növbəsində qiymətlərə də müəyyən təsirini göstərir.
Bəs bu il mənzil və avtomobil bazarında vəziyyət necədir?
Mənzil bazarındakı vəziyyətlə əlaqədar Oxu.az-a danışan daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, bu sahədə hələ də durğunluqdur:
“Xüsusilə qış mövsümü ilə bağlı belə tendensiya müşahidə olunurdu. Adətən, mart ayının axırı, Novruz bayramından sonra mənzil və tikinti sektorunda canlanma başlayır. Bu il də eyni aktivliyi müşahidə edəcəyik. Təbii olaraq, tələbin artması qiymətlərə də təsir edə bilər”.
Avtomobil bazarında ümumi vəziyyət haqqında danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə fevral ayında bu sahədə qismən canlanmanın yarandığını söyləyib:
“Ümumilikdə, Azərbaycan avtomobil bazarında fevral ayı da yanvar ayı kimi sabit olub. Amma fevral ayının sonlarına yaxın bir qədər canlanma müşahidə edilib. Bu, martın birinci yarısından, Novruz tətilinə qədər müşahidə edilən aktivliyin başlamasının əlamətidir.
Qiymətlərdə isə kəskin dəyişiklik olmayıb. Bu vəziyyət həm ikinci əl avtomobil bazarına, həm də yeni avtomobillərin istehsalına aiddir. Mart ayında canlanma olsa da, qiymətlərin kəskin dəyişməsi gözlənilmir”.
E.Cəfərov onu da əlavə edib ki, mart və aprel aylarında ölkəyə müxtəlif avtomobil markalarının fərqli modellərinin gəlişi gözlənilir:
“Bu, tələbata uyğun olaraq, mini-krossoverlər və krossoverlər olacaq.
İşlənmiş avtomobil bazarı ilə bağlı duruma gəlincə, az işlənmiş elektromobillərin idxalının artacağını da proqnozlaşdırırıq”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










