"Mercedes"dən möhtəşəm yenilik; gələcəyin maşını - FOTO

Yaxın zamanlarda küçələrdə sürücüsüz maşınlar görsəniz təccüblənməyin. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, "Mercedes" sürücüsüz maşın üçün ilk ipuclarını verib. Dünyanın ən böyük elektronik və texnolojiya sərgisi ABŞ-ın Las Veqas şəhərində keçirilib. "Consumer Electronics Show (CES) 2015" də ən çox maraq doğuran mövzulardan biri də sürücüsüz maşınlar olub. İlk sürücüsüz maşınını "Mercedes-Benz" təqdim edib. "CES 2015" sərgisində təqdim edilən "F 015 Luxury in Motion" adlı model gələcəkdə küçələrdə şütüyəcək sürücüsüz maşınların nəyə bənzəyəcəyi haqqında təsəvvürlər yaradıb. Maşındakı LED işıqlar sürüş formasına görə rəngini dəyişir. İnsan tərəfindən idarə ediləndə işıqlar ağ, sürücüsüz olanda isə mavi olur. "Mercedes F 015"in hazırlanmasında əsas maddə karbon fiberlə gücləndirilən plastik olub. Hidrogen yanacaqla işləyən maşının yollara nə zaman çıxacağı hələ dəqiq bəlli deyil.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur




















