Məşhur şirkət 3 milyondan çox avtomobili geri çağırdı - texniki problem var

İtaliyanın “Fiat” konserni tərəfindən nəzarət olunan Amerikanın “Chrysler” avtomobil istehsalçısı təhlükəsizlik yastığındakı nasazlıq səbəbi ilə əlavə olaraq 3,3 milyon avtomobili geri çağırdığını elan edib. Servis aksiyası 2004-2007 model ilinə aid “Dodge Ram”, “Mitsubishi Raider” və “Dodge Dakota” pikaplarını, “Dodge Durango” və “Chrysler Aspen” yolsuzluk avtomobillərini, “Chrysler 300” və “Dodge Charger” sedanlarını, həmçinin “Dodge Magnum” universal avtomobilini əhatə edir.
Geri çağırılan avtomobillər Yaponiyanın “Takata” şirkəti tərəfindən istehsal olunmuş nasaz təhlükəsizlik yastıqları ilə təchiz olunub. ABŞ-ın şose yollarında hərəkətin təhlükəsizliyi üzrə idarəsi ölkənin cənub ştatları üçün xarakterik olan yüksək rütubət şəraitində bu yastıqların düzgün açılmaya və hətta açılarkən avtomobilin salonundakı insanı metal hissəciklərlə yaralaya biləcəyini müəyyən edib. Geri çağırılacaq nasaz avtomobillərin 2,9 milyonu ABŞ-da, qalanı isə Kanada, Meksika və başqa ölkələrdə satılmışdı. Bu nasazlıq səbəbi ilə ABŞ-da dörd nəfərin həlak olduğu, 40-dan çox insanın isə yaralandığı məlumdur. “Chrysler” geri çağırılan bütün avtomobillərdəki nasaz təhlükəsiz yastıqlarını pulsuz dəyişməyə söz verib. “Takata” kompaniyasının təhlükəsizlik yastıqları ilə təchiz olunmuş avtomobillərin kütləvi şəkildə geri çağırılması bu ilin aprel ayından başlanılıb. İndiyə qədər ABŞ-da bu nasazlıq səbəbi ilə 15 milyon, dünyada isə 22 milyon avtomobil geri çağırılıb.anspress
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










