Milyon dollar dəyərində olan nadir avtomobillər satılır - FOTO

Bir neçə on illər ərzində belçikalı heykəltəraş Avqust Tomassenin qarajında toz basan üç nadir “Bugatti” avtomobili Artcurial’s Rétromobile 2019 auksionunda satılacaq.
Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, ona bir neçə dəfə unikal maşınları satmağı təklif etsələr də, o, son vaxtlara kimi bu təklifləri rədd edirmiş.
Belçikalı uzun illər Fransa markasının vurğunu olub. O, bu maşınları ötən əsrin 50-60-cı illərində əldə edib. Avtomobillərin dizaynı və texnoloji göstəriciləri onun çox xoşuna gəlirmiş. Avqust Tomassen 1932-ci ilin Type 49 Berline və 1937-ci ilin Type 57 Cabriolet maşınlarından uzun illər istifadə edib. 1929-cu ilin Type 40 maşını üçün isə orijinal kuzov yaratmaq istəyirmiş.
Bir neçə il öncə Tomassenin ailəsi ciddi maddi sıxıntı yaşayıb. Amma pula ehtiyacı olsa da, avtomobilini satmayıb. O, maşınları qaraja yerləşdirib, girişini isə qum kisələri ilə bağlayıb. “Buqatti”lər 2018-ci ilə kimi qarajda qalıb. Bu yaxınlarda naməlum şəxsin icazəsiz qaraja girməsindən sonra Tomassen avtomobilləri satmaq qərarına gəlib.
Ekspertlər bildirirlər ki, bu maşınların ümumi dəyəri 1 milyon dollardan çox ola bilər.







Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










