Milyon dollarlıq avtomobili pulsuz aldı - FOTOLAR

Macarıstanlı gənc tullantıların içərisindən götürdüyü "dəmir parçası"ndan milyon dollarlıq yarış avtomobili düzəldib. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Macarıstanda bir adam atılmış avtomobillərin içərisindən ən pis vəziyyətdə olan, istifadəyə yararsız bir minik avtomobilini götürərək onu tamamilə dəyişib. Avtomobili yenidən yaradan həmin şəxs tullantı dəmir parçasını yepyeni bir yarış maşınına çevirib. O, avtomobilin bütün hissələrini dəyişib, xarici görünüşünü də təzələyib.
Lakin bu bərpa işləri də kifayət qədər xərc aparıb. Həmin şəxs avtomobilin bu hala gətirilməsi üçün minlərlə dollar pul xərclədiyini deyib. Bununla belə, macarıstanlı gənc uduzmaq niyyətində deyil. O öz əllərilə yenidən yaratdığı yarış maşınını milyon dollara satmaq niyyətindədir. Macarıstanlı gənc avtomobilin reklamına belə bir yazı da yazıb: "Yaponiyada istehsal edilib, Macarıstanda yenilənib".
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO




























