Möhtəşəm yeni «Ferrari Sergio» - FOTO

Yeni «Ferrari Sergio» izləyənləri ovsunlayıb. Avtosfer.az-ın məlumatına görə, hələlik tək olan avtomobilin ilk sahibi Birləşmiş Ərəb Əmirliklərindəndir və ilk «Ferrari Sergio» artıq sahibinə çatdırılıb. Ümumilikdə isə avtomobilin çox az sayda - cəmi 6 ədəd istehsal olunması planlaşdırılır. Daha çox «Ferrari 458 Spider» modelini xatırladan yeni «Ferrari Sergio» avtomobil dizayneri Sergio Peninfarinanın şərəfinə adlandırılıb. Yeni istehsal edilən «Ferrari Sergio»nun 605 at gücündə, 4,5 litrlik V8 motorunun olduğu bildirilir. «Ferrari Sergio» 0-dan 100 kilometr/saat sürətə 3 saniyədə çata bilir.
Yeni «Ferrari» estetik cəhətdən yenilikçi və aerodinamik dizaynı ilə də diqqəti cəlb edir. Bununla belə yeni model ənənəvi Ferrari dizaynını da qoruyur. Ən son model olan «Ferrari Sergionun LaFerrari»-dən də baha olacağı bildirilir.
Xatırladaq ki, LaFerrari indiyədək istehsal olunan Ferrari modelləri içərisində ən bahalısı idi.
Qeyd edək ki, ilk dəfə 2013-cü ildə Cenevrə avtomobil sərgisində nümayiş olunan «Ferrari Sergio» o zamandan izləyicilərin diqqətini çəkmişdi. İstehsalçılar çox məhdud sayda istehsal edilməsinə baxmayaraq, «Ferrari Sergio»nun satışından kifayət qədər qazanc götürəcəyinə əmindirlər. anspress
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO






















