Müğənni Yaşar: «Təhlükəsizlik kəmərindən istifadə etmirəm» - FOTO

Müğənni Yaşar Cəlilov avtomobili ilə fotokameramız qarşısına keçərək şəkillər çəkdirib. Axşam.az-a açıqlamasında maşın həvəskarı olduğunu deyən sənətçi etdiyi qayda pozuntularından da danışıb: “13 yaşımdan maşın sürürəm. Avtomobil həvəskarıyam. Bu günə kimi çox maşın dəyişmişəm. Həmişə çalışıram ki, seçilən modellər alım. Elə olub ki, maşını sərgidən almışam, şəhərdə bircə məndə olub. Avtomobilləri 1 ildən artıq sürmürdüm, dəyişirdim. Amma indiki 4 ildir mənimlədir. Onda olan funksiyaları başqasında tapmıram. Əgər nə vaxt bundan bezsəm, “Galenvagen” alacam. Əslində qara rəngi sevirəm, amma tez çirkləndiyi və mənə düşərli olmadığı üçün hazırki maşınım ağdır. Qara maşında həmişə qəza keçirmişəm. Çalışıram qayda pozuntuları etməyim. Amma hərdən istəmədən qayda pozuram. Sonuncu dəfə 60 manat cərimə ödəmişəm. Əslində qanun hamı üçün eynidir. Amma biz sənət adamları çəkilişlərə tələsirik, yolda zəng gəlir, məcbur cavab veririk. Təhlükəsizlik kəmərindən heç vaxt istifadə etmirəm. Bilirəm ki, bu yanlışdır. Hətta bir dostum qəzada təhlükəsizlik kəməri taxmadığı üçün dünyasını dəyişib. Ümid edirəm ki, mən də onu taxmağı öyrənəcəm. Sürəti sevirəm”.
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO











