Nazirin 750 min avroluq avtomobili satılacaq

Yunanıstanda Radikal Sol İttifaqın (Syriza) lideri Aleksis Çiprasın rəhbərliyi altında qurulan yeni koalisiya hökuməti nazirliklərdəki lüks xidməti avtomobilləri “lüzumsuz və xərcli” olduğunu əsas gətirərək satışa çıxarır. Lent.az-ın marja-ya istinadən məlumatına görə, ölkənin inzibati islahatlar naziri Yorgos Katrugalos verdiyi açıqlamada kabinetdəki yeni nazirlərin dövlətin avtomobillərinə ehtiyacı olmadığını bildirərək, hökumətin lazımsız və xərcli hesab etdiyi bu avtomobilləri sataraq pul qazanmağı hədəflədiyini qeyd edib. Nazir Katrugalos, baş nazir Çiprasın Yunanıstanın ikinci böyük şəhəri Selanikinin seriya nömrəsi ilə bir avtomobili olduğunu, digər nazirlərin isə motosiklet ya da taksi ilə işə gedib-gəldiklərini qeyd edib. Katrugalos, özünün isə “arada bir problem çıxarsa da bununla fəxr etdiyini” bildirdiyi qədim bir avtomobili olduğunu deyib.
İnzibati İslahatlar Nazirliyi satılması planlaşdırılan xidməti avtomobillər arasında, keçmiş baş nazirin müavini və xarici işlər naziri PASOK lideri Evangelos Venizelos-in yeni aldığı 750 min avroluq lüks zirehli maşının da olduğu bildirilir.
Katrugalos, həmçinin hökumətin seçki vədləri çərçivəsində daha əvvəl memorandumlar əsasında qənaət məqsədilə işdən çıxarılan 3 min 500 dövlət işçisinin yenidən işə götürüləcəyini açıqlayıb. “To Vima” qəzetinə açıqlama verən Katrugalos, əvvəlki hökumət tərəfindən başladılmış dövlət məmurlarının yenidən qiymətləndirilməsi tətbiqinin davam etdiriləcəyini, ancaq bu təcrübənin işdən çıxarma məqsədi ilə deyil, dövlət idarəetməsində peşəkarlığın artırılması məqsədi ilə həyata keçiriləcəyini bildirib.
Yeni maliyyə naziri Yannis Varufakis də vəzifəyə gəldiyi gün əvvəlki hökumət tərəfindən işdən çıxarılan qadın təmizlik işçilərini (xadiməçiləri) yenidən işə götürəcəyini açıqlamışdı. Varufakis, bunun əvəzinə nazirlikdəki çoxsaylı iqtisadi məsləhətçinin işdən çıxardılacağını bildirmişdi.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










