«Nazlifan» Azərbaycanın öz avtomobili olacaq

Azərbaycanda “NAZ-Lifan” avtomobilləri milliləşdiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə fins.az-a Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktor müavini Polad Sadıqov bildirib. Onun sözlərinə görə, qarşıdakı illərdə “Lifan”lar bütünlüklə yerli ehtiyat hissələri vasitəsilə istehsal edilcək. Qeyd edək ki, hazırda Lifanlar bütünlüklə digər ölkələrdən gətirilən ehtiyat hissələrlə yığılır.
Avtomobilin «milliləşdirilməsi» məqsədilə Azərbaycanda “NAZ- Lifan” avtomobillərinin ehtiyat hissələrinin istehsalına başlanacaq. Direktor müavini bildirib ki, ehtiyat hissələri təkcə Naxçıvanda deyil, ölkənin başqa bölgələrində də istehsal edilə bilər: “Ola bilsin ki, ehtiyat hissələri Naxçıvanda yerləşən digər zavodlarda istehsal olunsun. 1-2 il ərzində ehtiyat hissələri tamamilə burada istehsal oluna bilər”.
Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan Naxçıvan Avtomobil Zavodunda indiyə qədər 3 976 “NAZ- Lifan” avtomobili yığılıb. Zavod qiymətləri 7500-16000 manat arasında dəyişən 9 model buraxır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










