"Nissan", "Kia" və "Qaz" avtomobilləri 3 min manatdan satışa çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti özəlləşdirmə hərraclarından biri 21 may tarixində keçiriləcək. Avtosfer.az Komitəyə istinadən xəbər verir ki, budəfəki hərraca 19 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləri çıxarılıb. Səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir. Səhmdar cəmiyyətləri paytaxt, Sumqayıt, Salyan, Bərdə kimi şəhər və rayonlarda yerləşir. Bu dövlət əmlaklarının fəaliyyət istiqamətləri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Belə ki, səhmdar cəmiyyətlərindən 8-i inşaat sektoru, 6-sı aqrar sektor, 5-i isə sənaye, nəqliyyat və xidmət sektorlarına aiddir.
Şəki rayonu, Cumakənd kəndindəki “Şəki Tikinti Quraşdırma” səhmdar cəmiyyətinin torpaq sahəsi 200 min kv.m-dən çoxdur. Hərraca çıxarılan bu dövlət əmlakı tikinti quraşdırma, tikinti təmir və bərpa işləri üzrə fəaliyyət göstərir. Səhmdar cəmiyyətinin ərazisinə idarə, istehsalat, ferma binaları, sement anbarı, dülgər sexi və digər tikililər aiddir. Qeyd edək ki, “Şəki Tikinti Quraşdırma” səhmdar cəmiyyətinin özəlləşdirməyə çıxarılan səhm zərfinin nominal dəyəri 31 min 878 manatdır.
Özəlləşdirməyə çıxarılan dövlət əmlaklarından biri də Sumqayıt şəhəri, Sülh küçəsindəki “Azərmetalinvest” səhmdar cəmiyyətidir. Layihə - istehsalat və tikinti-quraşdırma sahəsində fəaliyyət göstərən müəssisənin torpaq sahəsi 92 min 414 kv.m-dir. Müəssisənin ərazisində inzibati-təsərrüfat və mexaniki təmir sexi, yeməkxana, sement anbarı, inzibati məişət binası və digər tikililər var. Adıçəkilən səhmdar cəmiyyətinin hərraca çıxarılan səhm sərfinin nominal dəyəri 58 min 673 manatdır.
Avtomobil sahibi olmaq istəyən şəxslər hərraca çıxarılan nəqliyyat vasitələri üzrə seçim edə bilər. Buraxılış illəri 2004-2011 olan nəqliyyat vasitələri Nissan, Kia və Qaz markalarına aiddir. Onların ilkin hərrac qiyməti 3 min manat və 8 min manatdır.
Hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) mövcuddur. Elektron mənbələr vasitəsilə dövlət əmlaklarının ünvanları, şəkilləri, ilkin hərrac qiymətləri və digər məlumatlarla ilə daha yaxından tanış olmaq olar.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











