Nömrəsiz sürülən "Lamborghini"nin sahibi məlum oldu - FOTO

Bakı küçələrində nömrəsiz gəzən avtomobilin sahibinin kimliyi bilinib. Sözügedən "Lamborghini"nin sahibinin "Baku Steel Company"nın prezidenti Rasim Məmmədova məxsus olduğu qeyd edilib. Avtosfer.az azadxeber.az-a istinadən bildirir ki, bu barədə "Azərbaycanın Kriminal Həyatı" facebook səhifəsi məlumat yayıb: "Rasimin könlünə düşəndə nömrəni taxır, istəməyəndə isə nömrəsiz gəzir. Ona gözün üstə qaşın var deyən də yoxdur". Məlumata görə, bu avtomobil Bakı küçələrində həm dövlət nömrə nişanı ilə, həm də nömrəsiz hərəkət edir. Nömrəsinin 10 AA 784 olduğu bildirilib. Başqa bir məlumata görə, avtomobilin 10 RM 784 dövlət nömrə nişanının olduğu deyilib. Maraqlısı bundadır ki, ölkə başçısı üçün ayrılmış xüsusi avtomobilin dövlət nömrə nişanı olduğu təqdirdə, bu avtomobil nömrəsiz Bakı küçələrində hərəkət edir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur

















