On yeddi nəqliyyat vasitəsi satışa çıxarılır: Qiymətlər 1 300 manatdan başlayır

Dekabrın 18-də müxtəlif dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq. Hərracda ümumilikdə 17 nəqliyyat vasitəsi satışa təqdim olunacaq. Avtosfer.az xəbər verir ki, hərraca çıxarılan avtomobillər arasında Xarici İşlər Nazirliyinin balansında olan 2014-cü il buraxılışlı "Honda Accord" 9 000 manat start qiyməti ilə, 2011-ci il buraxılışlı "Nissan Teana" isə 8 500 manat start qiyməti ilə satışa çıxarılıb.
Eyni zamanda, "BMW 528i" 14 000 manat, "BMW 740Li" isə 12 500 manat start qiyməti ilə təklif olunur. Avtomobillər müvafiq olaraq 2012-ci və 2014-cü illərə aiddir.
Digər qurumlar tərəfindən təqdim olunan nəqliyyat vasitələri arasında Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi tərəfindən satışa çıxarılan "Hyundai County" (2003-cü il, 9 700 manat) və "Isuzu Ecobus" (2012-ci il, 13 300 manat) avtobusları da yer alır.
Hərracda, həmçinin yük və xüsusi təyinatlı avtomobillər də var. "Azəristiliktəchizat" ASC-yə məxsus 1989-cu il buraxılışlı "UAZ-3741" 1 300 manata, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Zuğulba" iqamətgahının balansındakı 2006-cı il buraxılışlı "ZiL-433362" isə 4 700 manat start qiyməti ilə təklif olunur.
Hərracda iştirak etmək üçün start qiymətinin 10%-i qədər beh ödənilməsi tələb olunur.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










