Onun 362 min manatlıq maşını qalmaqal yaratdı - FOTO

Dəvətə qatılmaq üçün Antaliyaya səfər edən meqastar Tarkana verilən maşın qalmaqala səbəb olub. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, şəhərdəki iki tanınmış maşın icarəsi ilə məşğul olan şirkət arasında dava düşüb. Onlardan biri Tarkan üçün təsis edilən 850 min lira (362 min manat) dəyərindəki "Mercedes"in qanunsuz yollarla ölkəyə gətirildiyini deyərək məhkəməyə müraciət edib. Şirkət rəhbərliyi Tarkana verilən bahalı maşının təcili olaraq istifadəsinin dayandırılmasının vacib olduğunu deyib. “Biz illərdir Türkiyədə gəmi və maşın ticarəti ilə məşğul oluruq. Baş nazirlik də bizim xidmətlərdən faydalanır. Amma bu gün Tarkana verilən maşın qanunsuz yollarla ölkəyə gətirilib və yarı qiymətinə gəlir əldə etmək məqsədilə istifadə edilir. Türkiyənin məşhur müğənnisi vergi qaçaqmalçılığı ilə məşğul olan hirkətin maşınında gəzə bilməz".
Qarşı tərəf isə rəqiblərinin bu açıqlamaları ilə bağlı heç bir şərh verməyiblər.
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO













