Prokurorluq “Passat”ları 7 min 500 manata satır - Bakıda hərrac olacaq

Baş prokurorluq, Statistika Komitəsi və iki nazirlik balansında olan bəzi avtomobilləri satışa təqdim edib. Avtosfer.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin bu məqsədlə 11 iyun tarixində keçirəcəyi avtomobil hərracına ümumilikdə 14 avtomobil təqdim edilib. Onlardan 8-i Daxili İşlər Nazirliyinə, 2-si Statistika Komitəsinə, 3-ü Baş prokurorluğa, 1-i isə Təhsil Nazirliyinə məxsusdur.
DİN-in hərraca çıxardığı avtomobillər arasında yük maşınları da var. “Kamaz”, “Ural”, “Zil” markalı avtomobillərdən başqa DİN auksiona UAZ və VAZ avtomobilləri də təqdim edib.
Baş prokurorluq hərraca 3 ədəd “Volksvagen Passat”, Statistika Komitəsi 2 ədəd VAZ, Təhsil Nazirliyi isə 1990-cı il istehsalı olan MTZ-80 avtomobili təqdim edib.
Hərracın ən bahalı maşını Baş Prokurorluğun “Volksvagen Passat”ıdır ki, onun da qiyməti cəmi 7500 manatdır.
Fidan
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










