«Ravon» və «Chevrolet»lər «Lada»ları - Bazardan Sıxışdırıb Çıxarır

MDB məkanında tədricən avtomobil ölkəsi kimi məşhurlaşan Özbəkistanın avtomobil zavodları Rusiya maşınlarını bazardan çıxarmağa başlayıb.
Avtosfer.az TED.az-a istinadən xəbər verir ki, Qazaxıstanda uzun illərdən bəri ilk dəfə olaraq Özbəkistan istehsalı olan avtomobillərin satışı «Lada»ları üstələyib.
Məşhur ABŞ brendi olan «Chevrolet»in və «Ravon»ların istehsalçısı olan «Uzavtosonoat» zavodunun məhsulları Rusiya maşınlarını bazardan sıxışdırır.
Belə ki, 2021-ci ilin ilk 5 ayında Qazaxıstanda cəmi 2600 «Lada» avtomobili satılıb, bu əvvəlki ilin eyni dövründən 52% azdır. Bu göstərici ilə «Lada» satış həcminə görə 5-ci yerə enib.
Özbəkistanda buraxılan «Chevrolet»lər isə satışa görə birinci olublar. İlk 5 ayda Qazaxıstanda özbək avtomobillərinin satışı 4,5 dəfə artaraq 11,7 minə çatıb. «Hyundai», «Toyota» və «Kia» da satış həcminə görə «Lada»nı geridə qoub.
Ekspertlər bildirir ki, «Lada»ların bazarı itirməsi prosesi bundan sonra da davam edəcək. Çünki şirkətin rəqiblər, o cümlədən eyni qiymət seqmentində avtomobil buraxan «Hyundai» və «Volkswagen» daha maraqlı və cəlbedici məhsullar təklif edirlər.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










