Rusiya avtomobil şinlərini - İRANDAN ALMALI OLACAQ

Ukrayna hücumla bağlı Rusiyaya tətbiq edilən sanksiyalar ölkə iqtisadiyyatı ilə yanaşı, ayrı-ayrı sahələrə də təsirini göstərir.
Avtosfer.az xəbər verir ki, Qərb istehsalçılarının bazardan çıxması səbəbindən Rusiyanın avtomobil şinləri bazarına yeni oyunçular daxil olacaq.
İranın Təkər Sənayesi Gildiyaları Assosiasiyasının rəhbəri Həmidreza Abdülmaleki artıq şinlərin ixracı üçün Rusiya ilə müqavilələrin imzalandığını bildirib.
Qeyd edək ki, İran - Yaxın Şərq ölkələri arasında ən böyük şirn istehsalçılarnıdan biridir. Hər il ölkədə 20 milyon avtomobil şini istehsal edilir. Müqayisə üçün bildirək ki, Rusiyanın şin istehsalı ildə 50 milyon ədəddir. İran istehsalı olan «Goldstone» şinlərindən əsasən yerli avtomobil şirkətləri – «SAIPA» və «Khodro» istifadə edir.
İranın digər brendi «Pirozhi Tire» isə istehsalda İtaliyanın «Pirelli» şirkətinin texnologiyasından istifadə edir. Digər İran brendi «Barez» isə alman şirkəti «Continental»ın texnologiyasına əsaslanır.
İran şin istehsalçıları daxili bazarla yanaşı, qonşu ölkələri – Əfqanıstan, İraq, Azərbaycan və Ermənistanı da şinlə təmin edirlər.
Hələlik Rusiya bazarına İranın hansı şirkətlərinin daxil olacağı məlum deyil. Amma İran şirkətləri Rusitya bazarında çinlilərlə rəqabət aparmalı olacaq, hazırda bazarın 30%-nə məhz Çin şirkətləri nəzarət edir. Təkcə ilk yarım ildə Çindən Rusiyaya 11 milyon ədəd avtomobil şini gətirilib.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










