Rusiya yenidən "Volqa" avtomobillərinin istehsalına başlayacaq

Rusiya bu ildən yenidən "Volqa" minik avtomobillərinin istehsalına başlayacaq.
Bu barədə Rusiya sənaye və ticarət naziri Denis Manturov bildirib.
Onun sözlərinə görə, istehsalının 2024-cü ilin ortalarında bərpası planlaşdırılan "Volqa" avtomobili müasir dizayn alacaq, lakin loqo eyni qalacaq.
Manturov sənaye istehsalı üzrə tərəfdaş kimi xarici avtomobil istehsalçısının seçildiyini vurğulayıb.
“Bəli, bütün razılaşmalar son mərhələdədir. Bu qərarın elan edildiyi gündən, yəni 2023-cü ilin may ayından bəri işlər dayanmadan davam edir. Ona görə də biz hesab edirik ki, 2024-cü ilin ortalarında Nijni Novqorod Avtomobil Klasteri bu avtomobili istehsal etməyə başlamalıdır
Bilirsiniz, avtomobilin tamamilə müasir görünüşü olacaq. Lakin maral təsvir olunan loqo qalacaq, çünki bu loqo bütün dünyada tanınır", deyə rusiyalı nazir qeyd edib.
Manturov onu da əlavə edib ki, xüsusən də yeni avtomobilin radiator barmaqlığı böyük ehtimalla əfsanəvi "Volqa" bənzəyəcək. O, ZIS-lə oxşar köklərə malik olan Aurus avtomobillərini misal çəkib. (apa)
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










