Rusiyada avtomobil satışı kəskin azalıb

Əvvəllər avtomobil istehsalçıları üçün ən münasib bazar olan Rusiya indi Qərbin sanksiyaları nəticəsində böhranla üz-üzə qalıb. Avtolent.az “Rosstat”a istinadən xəbər verir ki, yanvarda Rusiyada 115 390 ədəd təzə minik və kommersiya avtomobili satılıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 25% azdır.
Markalar üzrə azalma aşağıdakı şəkildə olub:
Ölkənin əsas avtomobil istehsalçısı olan “Avtovaz”ın satışları 26% azalıb.
“Renault”un satışları 32, “Nissan”ın 18, “Toyota”nın 14, “Volkswagen”in 28, “Audi”nin isə satışları 13% azalıb.
“Mercedes”in satışları 17, “Hyundai”ın isə 15% artıb. “BMW”nin satış həcmi dəyişməyib.
Ölkədə 2014-cü ildə istehsal edilmiş ucuz avtomobillər satılıb qurtardığı üçün növbəti aylarda satışları 30-35% azalacağı gözlənilir. Yanvarın 1-dən etibarən Rusiyada istehsal olunan nəqliyyat vasitələrinin qiyməti dolların kursuna uyğun olaraq artır. Bu da yerli əhalinin onsuz da aşağı olan alıcılıq qabiliyyətinə mənfi təsir edir.
Avtomobil bazarında qiymətlər necədir? - VİDEO
Çin maşını almaq istəyənlərin diqqətinə! – Daha bu avtomobillər ölkədən çıxarılmayacaq
Yeni məcburiyyət: Bu maşınlar ucuzlaşır
Azərbaycanda avtomobil almaq çətinləşir? - FOTO
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO










