Rusiyada minik avtomobillərinin istehsalı çökür - 96,7 faiz azalma var

Yanvar-may aylarında Rusiyada 288 000 ədəd minik avtomobili istehsal olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,4% azdır.
Avtosfer.az xəbər verir ki, bu məlumat Rosstatın son statistikasında yer alır.
Aylar üzrə müqayisədə isə geriləmə daha ciddidir.
Aprel ayında geriləmə illik əsasda 81,3%, may ayında isə 96,7% olub.
İlin ilk 5 ayında 60,1 min ədəd yük maşını istehsal olunub ki, bu da 125 geriləmə anlamına gəlir.
Hesabat dövründə 4 000 avtobus istehsal edilib ki, bu da ötən illə müqayisədə 36,8% azdır. Təkcə may ayında bu sahədə geriləmə 77% olub.
Xatırladaq ki, Ukrayna münaqişəsinə görə Avropa ölkələri Rusiyaya detal göndərilməsini dayandırıb. Bir çox marka bazarı tərk edib. Ölkə sovetdən qalma modellərin istehsalını davam etdirir. Detal qıtlığına görə avtomobillərə qoyulan tələblər yüngülləşdirilib.
Vüqar
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










