Rüsumların artırılmasından sonra avtomobil bazarında son vəziyyət – VİDEO

Yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılıb. Bəs, görəsən rüsumların artırılması avtomobillərin qiymətinə nə kimi təsir göstərib? Hansı avtomobillərin qiyməti bahalaşıb? Alıcılar daha çox hansı avotomobillərə üstünlük verirlər?
Avtosfer.az xəbər verir ki, bu suallara aydınlıq gətirmək üçün bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov Badamdar qəsəbəsində yerləşən Avtomobil Satışı Mərkəzində baş çəkib, bazardakı vəziyyəti öyrənməyə çalışıb.
Əməkdaşımız öyrənib ki, avtomobillərin qiymətindəki artım sürətlənib. Satıcılar alıcı qıtlığından, alıcılar isə avtomobillərin baha olmasından şikayət ediblər. Demək olar ki, bütün avtomobillərdə bahalaşma müşahidə edilir.
Satıcıların sözlərinə görə, 2019-cu ildə Azərbaycana gətirilən komfortlu avtomobillərin sayı kəskin azalacaq. Belə ki, rüsumların artırılmasından sonra alıcılar avtomobilin buraxılış ilinə yox, yanacaq sərfiyyatını daha az işlədən avtomobillərə üstünlük verilirlər. 2018-ci il yanvarın 1-dən aksiz vergisi 80 faiz artırılandan sonra iri mühərrikli avtomobillərin satışı azaldı. 2019-cu il yanvarın 1-dən aksiz vergisi 50 faiz də artırıldı və bu, da satışa ciddi təsir edəcək.
Satıcılar bildirilər ki, bazarda qiyməti 15000 manata qədər olan ekonom avtomobillərə tələbat artıb.
Bazarda 2000-ci ilin istehsalı olan “Mercedes-Benz E 240” 17500 manata, 2006-cı ilin istehsalı olan “LADA VAZ 2107” 4500 manata, 2007-ci ilin istehsalı olan “Mercedes-Benz C-class” 34500 manata, 2008-ci ilin istehsalı olan “Saturn Astra” 10200 manata, 2010-cu ilin istehsalı olan “Volkswagen Passat CC” 16500 manata, 2012-ci ilin istehsalı olan “Jeep Compass” 27000 manata, 2013-cü ilin istehsalı olan “Ford Fiesta” 15700 manata, 2014-cü ilin istehsalı olan “GAC GS 5” 16800 manata müştərilərə təklif olunur.
Videoreportajı təqdim edirik:
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?











