Saatda 700 km sürət toplayan motosiklet - VİDEO

Avtosfer.az xəbər verir ki, Böyük britaniyalı mühəndislər dünyanın ən sürətli motosikletini istehsal edib. İki təkərli nəqliyyat vasitəsi döyüş təyyarəsi mühərriki ilə hərəkətə gəldiyindən, saatda azı 700 kilometr sürət toplaya bilir. Hibrid raket mühərrikinin motosikletə uyğunlaşdırılması az vaxt aparmayıb. İllərdir bu motosiklet üzərində işləyən Riçard Braun və həmkarları sonda istədikləri nəqliyyat vasitəsini ərsəyə gətirə biliblər. İndi britaniyalı mühəndislər mayın 22-də bu raket sürətli motosikletlə dünya rekordu vurmağa hazırlaşır. Onlar adlarını tarixə yazdırmaq üçün saatda ən azı 720 kilometr sürətlə hərəkət etməyi planlaşdırırlar.
Ümumiyyətlə Riçard uzun illərdir ki, Gines Rekordlar Kitabına həvəs salıb. 1999-cu ildə motosikletlə saatda 584 kilometr sürət yığsa da, rekordun bir addımlığında uğursuzluğa düçar olmuşdu. Buna səbəb, motosikletin təkərlərindən birinin yüksək sürtünmə qüvvəsinə davam gətirməyərək alışması idi. Bu dəfə isə, Riçard Braun acı təcrübədən dərs çıxardığını vurğulayır.
Qeyd edək ki, ən yüksək sürətli motosiklet rekordu Amerikalı Roki Robinsona məxsusdur. Bu şəxs, 5 il əvvəl motosikletlə saatda 606 kilometr sürət yığa bilmişdi.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










